Yuxarı

Şəhid Rəvan Lətifov: Tarix müəlimi necə tarix yazdı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağın işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhramancasına şəhid olan hərbçilərimizdən biri də Oğuz rayonu, Xaçmaz kənd sakini 29 yaşlı Rəvan Lətifovdur. Rəvan müharibəyə getməzdən qabaq kənd orta məktəbində işləyib və tankçı kimi könüllü olaraq cəbhəyə yollanıb.

Rəvan döyüşdəykən yaxınlarına göndərdiyi sonuncu mesajında yazıb:

“Müharibədə sonadək iştirak edəcəm, yüksəkliklərə bayrağımızı sancacağıq. Bu, sözlə ifadə ediləcək hisslər deyil”. Bir də əlavə edib ki, onunla əlaqə saxlaya bilməsələr narahat olmasınlar. Yalnız qələbədən sonra geri dönəcək.

Rəvan noyabrın 8-də Şuşa-Xankəndi istiqamətində gedən döyüşlərdə şəhid olub. Onun vəfatından iki gün sonra hərbi əməliyyatların dayandırılması haqda razılaşma əldə edilib. Söz verdiyi kimi qələbədən sonra, çox sevdiyi bayrağa bürünmüş halda kəndə qayıdıb...

Axar.az xəbər verir ki, Rəvan Lətifovla bağlı Virtualaz.org-a həyat yoldaşı Pünhan Lətifova danışıb.

Rəvan Lətifov Oğuz rayonunun Sincan kənd tam orta məktəbində təşkilatçı vəzifəsində çalışıb. Həyat yoldaşı deyir ki, Rəvan şagirdlərin vətənpərvərlik ruhunda böyüməsi üçün əlindən gələni əsirgəməyib. Və vətən uğrunda canından keçməklə şagirdlərinə nümunə olub.

“Bir görsəydiz, şagirdləri müəllimlərini son mənzilə necə yola saldılar. Günlərdir, qapını açıq saxlayırıq, çünki onlar müəllimlərini unutmurlar, tez-tez gəlirlər. Rəvan həyatda olsaydı yəqin ki, şagirdləri ilə fəxr edərdi. Necə ki, indi şagirdləri Rəvanla fəxr edir”, - Pünhan göz yaşları içərisində danışır.

Əlavə edir ki, Rəvan müharibə xəbərini eşidəndən səfər üstündə olub:

“Atası şəkər xəstəsidir, vəziyyəti ağırdır. Anası dedi ki, oğlum, darıxma, nə vaxt məsləhət bilsələr çağıracaqlar, onda gedərsən. Amma narahat idi, getmək istəyirdi. Nə atasının xəstəliyi, nə də 10 aylıq oğlum onu yolundan döndərə bilmədi”.

Tankçı kimi döyüşlərdə öndə olub

Müharibənin ilk günlərindən cəbhəyə yola düşən Rəvan tankçı kimi Füzuli, Şuşa istiqamətində döyüşlərdə iştirak edib.

“Bizə hansı istiqamətdə döyüşdüyünü bildirmirdi. İki-üç gündən bir zəng vururdu, atasını, övladını, bizi soruşurdu. Deyirdi ki, narahatçılığa əsas yoxdur”.

Yaxınları cəbhəyə yardım aparanların birindən Rəvanın Füzuli istiqamətində döyüşdüyündən xəbər tutub. Sonra sorağı Şuşadan gəlib.

“Rəvanla sonuncu dəfə noyabrın 6-da əlaqə saxlaya bildik. Dedi ki, zəng etməsə narahat olmayaq. Elə əminliklə danışırdı ki, narahat olmurduq”, - Pünhan Lətifova deyir.

Daha bir neçə gün Rəvanla əlaqə saxlamaq mümkün olmayıb. Ailə yalnız noyabrın 14-də Rəvanın şəhid olduğunu öyrənib. Rəvan səhəri gün doğulub, boya-başa çatdığı kəndindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Rəvan seçilmişlərdən idi...

Pünhan Lətifova da müəllimədir. Qonşu kənddən Rəvanın yaşadığı kəndə müəllim kimi işləməyə gəlib. Gənclər ötən ilin martında ailə qurub, bir övladları var.

“Onun haqqında saatlarla danışa bilərəm. İndi fikirləşirəm ki, Rəvan seçilmişlərdən idi, belə xeyirxah, gülərüzlü, hamının dərdinə yanan insan yalnız şəhid ola bilərdi. Tək təsəllim oğlumdur. 10 aylıq olmasına baxmayaraq sanki baş verənləri duyur. Rəvana da söz vermişəm, oğlumuzu onun kimi vətəninə, torpağına bağlı böyüdəcəm”, - şəhidimizin həyat yoldaşı qəhərdən boğularaq söhbətini yekunlaşdırır...

Tarix
2020.12.01 / 16:17
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla