Hər 10 evdən 7-də var - Xərçəng yaradır
01:56
| Ana səhifə Planet |
|
Almaniyada quş qripinin (H5N1) sürətlə yayılması ölkə miqyasında ciddi narahatlıq yaradıb.
Axar.az xəbər verir ki, bu barədə “Şpigel” nəşrində deyilir.
Havaların soyuması ilə yoluxmanın artacağı gözlənilir.
Belə ki, infeksiya dalğası hələ ən yüksək səviyyəyə çatmasa da, ölkə üzrə təxminən 400 min quş məhv edilib.
Mütəxəssislər vəziyyətin ciddi olduğunu və ilk dəfə olaraq vəhşi quşların da virusa yoluxduğunu bildirirlər. Virusun əsas daşıyıcısının durnalar olduğu qeyd edilib. Rəsmilər epidemiya nəzarət altına alınana qədər sərt baytarlıq və biotəhlükəsizlik tədbirlərinin davam etdiriləcəyini açıqlayıblar.
|
Tarix
2025.10.26 / 23:36
|
Müəllif
Axar.az
|