Axar.az
Yuxarı

Axar.Az Logo

Azərbaycanın gücü Ermənistanı sülhə vadar etdi - KİV

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstraliyanın nüfuzlu abc.net.au portalı Ermənistan ordusu tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılmış ərazilərin altı həftə davam edən müharibə nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilməsi barədə böyük məqalə yayıb.

Axar.az xəbər verir ki, “Dağlıq Qarabağı və ətraf əraziləri azad edən Azərbaycan tarixi qələbəni qeyd edir” adlı məqalə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sözləri ilə başlayır:

“Bizim hamımızın bir arzusu var idi, onu həyata keçirdik”.

Dövlətimizin başçısından gətirilən növbəti sitatda isə deyilir:

“Biz həm döyüş meydanında, həm də siyasi arenada qəlbə qazandıq, bu qələbə ölkəmiz üçün yeni dövr açır. Bu inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaq”.

Dağlıq Qarabağ münaqişəsinin tarixi barədə məlumatında əks olunduğu məqalədə bildirilir ki, ötən əsrin 90-cı illərində keçmiş Sovet İttifaqının iki respublikası arasında baş verən döyüşlər 1994-cü ildə Dağlıq Qarabağ regionunun və ətraf rayonların Ermənistan tərəfindən işğalı ilə nəticələnib.

Qeyd edilir ki, cari il sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibə nəticəsində isə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək böyük əraziləri azad edib. Bu, Ermənistanı Rusiyanın vasitəçiliyi ilə təklif edilən sülh razılaşmasını qəbul etməyə vadar edib və həmin razılaşma noyabrın 10-dan qüvvəyə minib.

Məqalədə vurğulanır ki, sülh razılaşması Azərbaycanda böyük qəlbə sevinci kimi qarşılansa da, Ermənistanda kütləvi iğtişaşlara səbəb olub. Küçələrə çıxan on minlərlə insan baş nazir Nikol Paşinyanın istefasını tələb edib.

Yazıda Azərbaycanın tarixi ədaləti bərpa etdiyi və işğal altında olan əraziləri azad etdiyi xüsusi qeyd edilir. Bildirilir ki, sülh razılaşmasına uyğun olaraq, Ermənistan ordusu dekabrın 1-də Laçın rayonu ərazisindən də çıxıb.

Həmin razılaşmaya uyğun olaraq rus hərbiçilərinin sülhməramlı qüvvələr kimi bəzi ərazilərə yerləşdirildiyi qeyd edilir. Bu sülhməramlıların həmçinin Dağlıq Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinə nəzarət etdiyi, Azərbaycanın müttəfiqi olan Türkiyənin isə Rusiya ilə birlikdə sülh razılaşmasının icrasına nəzarət edən monitorinq mərkəzinə qatılacağı qeyd edilir.

Azərbaycan Respublikası Prezidentinin xalqa müraciətindən gətirilmiş növbəti sitatda deyilir:

“Azərbaycan xalqı dağıdılmış şəhərlərin və kəndlərin bərpa olunması üçün mümkün olan hər şeyi edəcək. Bundan sonra biz böyük və qürurlu xalq kimi yaşayacağıq”.

Dövlətimizin başçısına istinadla bildirilir ki, döyüşlər nəticəsində Azərbaycan tərəfindən 94 mülki şəxs həlak olub, 400-dən çox isə yaralı var.

Yazıda döyüş əməliyyatları başa çatdıqdan sonra məcburi köçkünlərin də doğma yurdlarına qayıtmasından bəhs olunur.

Bildirilir ki, 26 il əvvəl Kəlbəcər və Ağdan rayonlarını tərk etməyə məcbur olmuş azərbaycanlılar artıq öz doğma yurdlarına qayıtmağa başlayıblar.

Tarix
2020.12.04 / 09:19
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bayramov Fransanın dövlət katibi ilə görüşdü

Qarabağdakı proseslər diqqətlə müşahidə edilir - Maas

Deputatdan ATƏT-in iclasında sərt sözlər: Bundan sonra...

AŞPA-nın Qarabağ qətnaməsinə XİN-dən – Reaksiya

Ermənilərin Ağdərə təklifi: Bakı nə qərar verəcək?

Baxçalı Şuşadakı məktəbin layihəsini təqdim etdi - Video

Ermənilərdən Qarabağda inanılmaz təxribat - Foto

Sabiq nazir müavini: Müharibənin 22-ci gününə qədər...

Vəzifədən azad edilən nazirə yüksək vəzifə verildi

Bayden Qarabağa “erməni təzyiqi” edəcək? - Video

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla