Yuxarı

Bakı bulvarında yenilik olacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dənizkənarı Bulvar İdarəsi dəniz gəzintisi üçün yeni nəhəng gəmi alıb.

Dəniz gəzintisi üçün nəzərdə tutulan "Mirvari" adlı bu gəmi dekabrın 28-31-i arası vətəndaşların istirahəti məqsədilə istifadəyə veriləcək. Bu barədə İdarənin rəis müavini Nazim Məcidov bildirib.

Onun sözlərinə görə, Dənizkənarı Bulvar İdarəsinin sayca 3-cü dəniz gəzintisi gəmisi olan "Mirvari" ölçülərinə görə digərlərindən çox fərqlənir:

"3 mərtəbədən ibarət bu gəmidə eyni zamanda 250 nəfər səhayət edə biləcək. Gəminin digər fərqli cəhəti ondan ibarətdir ki, onun iki qapalı zalı var. Burada qış mövsümündə rahat hərəkət etmək olacaq. Gəminin 3-cü mərtəbəsi isə açıq olacaq və insanlar yay mövsümündə dəniz gəzintisi zamanı ətrafı oradan seyr edə biləcəklər. Bundan əlavə, gəminin içində "fast food" deyilən tez hazır olan yeməklər, çay, kofe və sərinləşdirici içkilər təklif olunacaq, insanlar istirahət edərkən musiqi dinləyə və videolara baxa biləcəklər. Digərlərinə nisbətən yeni gəmidə gəzintinin vaxtı uzadılaraq 40-50 dəqiqəyə çatdırılacaq".

N.Məcidov qeyd edib ki, "Mirvari"də dəniz səyahəti etmək istəyənlər üçün biletlərin qiyməti də müəyyənləşib. Belə ki, 5 yaşına qədər uşaqlar üçün gəzinti pulsuz, 5 yaşından böyük şəxslər üçün isə 3 manat olacaq.

Qeyd edək ki, Türkiyə istehsalı olan "Mirvari" gəmisi artıq Xəzər dənizinə gətirilib və bulvarda sahilə yan alıb (Trend.az).

Tarix
2013.12.26 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Berdiməhəmmədov səfərinin əsas məqsədini açıqladı

İlham Əliyev Berdiməhəmmədovla görüşdü

Dəməşqdən sonra Tehran da qurban verildi: İranı nə gözləyir?

Berdiməhəmmədov Azərbaycana gəldi

Tramp Putinə niyə 50 gün vaxt verdi? - Əsl hədəf budur

Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

Prezidentin nümayəndəsi İrəvanla sülh sazişindən danışdı

Gürcüstan-Ermənistan gərginliyi: Nələr baş verir?

Azərbaycanın "İbrahim sazişləri"nə qoşulması... - ABŞ

Bakı-Dəməşq sazişi: yüz milyonlarla yatırım – qazanc isə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla