Yuxarı

Rusiyada həyasız erməni təxribatı: 1-ci kanal yaydı – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:53

Yeniyetmələr arasında fiqurlu konkisürmə üzrə Rusiya birinciliyində iştirak edən erməni əsilli Adeliya Petrosyanın timsalında ermənilər həyasız və əxlaqsız informasiya təxribatını davam etdirib.

Axar.az xəbər verir ki, Rusiyanın “Birinci kanal”ı ötən gün keçirilən yarışmada gümüş medal qazanan Adeliya Petrosyanın Ara Gevorkyanın “artsax kompozisiyası” altında ifa etdiyini yayıb, həm də sosial şəbəkə hesabında təqdim edib.

Onun rəqsi zamanı “artsax kompozisiyası”ndan istifadə etməsi əslində idmanın siyasiləşdirilməsi ilə bərabər, subliminal mesajdır. Hər şeydən öncə təşkilatçılar bu təxribatın qarşısını almalı idi.

Məsələnin daha həyasız və əxlaqsız tərəfi isə odur ki, “artsax kompozisiyası” kimi təqdim edilən bu musiqinin ümumiyyətlə erməni və ya Gevorkyana heç bir aidiyyəti yoxdur. Bu, böyük bəstəkarımız Fikrət Əmirovun məşhur “Qarabağ inciləri” kompozisiyasıdır. Dərhal əlavə edək ki, kompozisiya 1954-cü ildə bəstələnib və SSRİ dövründə patentləşdirilib.

Yəni ermənilər həyasızcasına oğurladıqları Azərbaycanın böyük bəstəkarının musiqisini “artsax” adı ilə sırımağa, həm də bununla mesaj verməyə cəhd edib.

Təəssüf ki, Rusiyada yarış təşkilatçıları buna şərait yaradıb, Rusiya kanalı isə bu əxlaqsız oğurluluğun siyasiləşdirilmiş motivdə təqdimatını həm də sosial şəbəkələrdə həyata keçirməkdədir.

Tarix
2021.02.05 / 22:33
Müəllif
Fatimə Zülfüqar
Digər xəbərlər

Sahibə Qafarova Pakistan Senatının sədri ilə görüşdü

Bayramov Ukrayna XİN rəhbərinin müavinini qəbul etdi

Prezidentdən Rasizadəyə: Atamın etibarlı silahdaşı olmusunuz

Azərbaycana göstərilən yardım kifayət deyil - Bayramov

Azərbaycan rəsmiləri ATƏT PA-nın prezidenti ilə görüşdü

Tramp Zelenskidən bunu istəyir: onu məhv etmək üçün...

İlham Əliyev Qalibafı qəbul etdi - Foto

Trampın Ukrayna razılaşması Qafqaza nə vəd edir?

Ermənistan 10 noyabr bəyanatına qayıtmağı düşünmür

Gənclər və idman nazirinin səlahiyyətləri artırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla