Yuxarı

XİN açıqladı: BBC nümayəndəliyinin bağlanması...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BBC-nin ölkəmizdəki nümayəndəliyinin fəaliyyətinə xitam verilməsi məsələsinin siyasiləşdirilməsi, məsələnin mahiyyətinin BBC tərəfindən təhrif olunması, ümumilikdə ikili standartlar yanaşması nəzərə alınaraq, media azadlığı məsələsinə dair ölkəmizə qarşı BBC-nin açıqlaması təəssüf doğurur və qəbuledilməzdir.

Axar.az xəbər verir ki, bunu XİN sözçüsü Ayxan Hacızadə 20 fevral tarixində BBC-nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin fəaliyyətinə xitam verməsi barədə qərarı şərh edərkən deyib.

O bildirib ki, BBC-nin ölkəmizdəki nümayəndəliyinin bağlanması ilə bağlı qərar müvafiq şəkildə 13 fevral tarixində Xarici İşlər Nazirliyi tərəfindən BBC-nin ölkəmizdəki nümayəndələri ilə görüş zamanı rəsmi şəkildə çatdırılıb və mövqeyimiz tam şəkildə qarşı tərəfə izah olunub.

"Azərbaycan Respublikasının bütün xarici ölkələrin media qurumları ilə münasibətlərdə və qərarlarda hər zaman qarşılılıq prinsipini əsas götürdüyü qarşı tərəfə bildirilib. Bu çərçivədə aparılımış təhlillər nəticəsində, eləcə də ölkə qanunvericiliyi, xüsusilə "Media haqqında" qanunun 11.2 maddəsi əsas götürülməklə BBC-nin ölkəmizdə nümayəndəlik qismində fəaliyyət göstərməsi üçün hüquqi əsas olmadığı diqqətə çatdırılıb.

Qeyd edək ki, nümayəndəliyin bağlanması qərarının BBC yayım şirkətinin ölkəmizdə müxbir fəaliyyətinə aidiyyəti yoxdur və 1 nəfər müxbir üçün akkreditasiya verilməsi nəzərdə tutulub.

Xatırlatmaq istərdik ki, oxşar qərarlar bəzi digər xarici media qurumları ilə bağlı da verilib", - XİN rəsmisi əlavə edib.

Tarix
2025.02.20 / 19:31
Müəllif
Axar.az
Digər xəbərlər

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

ATƏT PA-da erməni deputatın əsassız iddiaları ifşa olundu

Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!

İlham Əliyev Hulusi Akarı qəbul etdi - Foto

Nikolun Makrona arxalanmasının nəticəsi... - Mixaylov

Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq

Tramp zəhmət çəkməsin, Bakı və İrəvan özü həll edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla