Yuxarı

Bakalavr pilləsinə sənəd qəbulunun qiyməti artıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən Azərbaycan universitetlərinin bakalavr pilləsinə sənəd qəbulu başlayıb. Yayılan məlumata görə, əvvəlki illərin məzunları qeydiyyatdan keçərkən sistem onlardan 45 AZN pul tələb edir. Həmçinin blok imtahanlarının 2-ci cəhdi üçün məbləğ 50 AZN olub.

Axar.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin mətbuat katibi Xanlar Xanlarzadə məsələ ilə bağlı Oxu.az-a açıqlamasında cari ilin məzunları və imtahanda ilk dəfə iştirak edənlər, həmçinin müəyyən güzəşt kateqoriyasına aid olan şəxslərin heç bir ödəniş etmədiyini diqqətə çatdırıb:

"Digər abituriyentlər isə imtahanda iştirak haqqını şəxsi kabinetlərinin hesab bölməsinə əlavə etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2022-ci il tarixli 270 nömrəli qərarına əsasən, tələbə qəbulu ilə bağlı ödənişli xidmətlərə görə müəyyən edilmiş güzəştli tariflərin müddəti (2023 və 2024-cü il) artıq başa çatıb və iştirakçılar ərizənin təsdiq edilməsi üçün Tarif (qiymət) Şurasının 2022-ci il 26 iyul tarixli 6 nömrəli qərarına uyğun ödəniş edirlər. Həmin qərara əsasən imtahanın birinci mərhələsində iştirak haqqı 45 AZN-dir".

Tarix
2025.02.20 / 19:22
Müəllif
Axar.az
Digər xəbərlər

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

ATƏT PA-da erməni deputatın əsassız iddiaları ifşa olundu

Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!

İlham Əliyev Hulusi Akarı qəbul etdi - Foto

Nikolun Makrona arxalanmasının nəticəsi... - Mixaylov

Böyük əmilər oynayır: Ukrayna kiçik hissələrə parçalanacaq

Tramp zəhmət çəkməsin, Bakı və İrəvan özü həll edər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla