Yuxarı

İlham Əliyev meri qəbul etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev meri qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 1-də Böyük Britaniyanın London şəhərinin Lord meri Alderman Alan Yarrounun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

London şəhərinin Lord meri Alderman Alan Yarrou ölkəmizdə gedən sürətli inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını deyib.

O, birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin önəmini qeyd edib. Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransında iştirak edəcəyini bildirən Alderman Alan Yarrou tədbirdə ölkəsinin Baş naziri adından çıxış edəcəyini vurğulayıb.

Dövlət başçısı ölkələrimiz arasında siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu deyib. Prezident İlham Əliyev Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgisi və konfransının artıq ənənəvi olaraq hər il keçirildiyini və tədbirə marağın ildən-ilə artdığını məmnunluqla qeyd edərək Böyük Britaniya Baş nazirinin sərgi və konfransa göstərdiyi diqqəti yüksək qiymətləndirib. Son illər ölkəmizdə gedən sürətli inkişaf proseslərinə toxunan dövlət başçısı paytaxtda böyük quruculuq işlərinin həyata keçirildiyini, müasir infrastrukturun və istirahət obyektlərinin yaradıldığını bildirib.

Görüşdə ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsində BP-nin xüsusi rolu vurğulanıb və əlaqələrimizin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğu diqqətə çatdırılıb.

Tarix
2015.06.01 / 13:54
Müəllif
Axar.az
Digər xəbərlər

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla