Axar.az
Yuxarı

Axar.Az Logo

Qarabağda eybəcər siyasi oyun: Ruslar nə edir? - Detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 fevralda Xankəndidə ermənilərin bədnam və bölgəyə qan, qada, dağıntı, itkinlik və əzab gətirən, Qafqazı qan çanağına çevirən “Miatsum” hərəkatının 33-cü ildönümünün qeyd olunması çox ciddi anonsdur. Demək, ermənilər 44 günlük Vətən müharibəsindən qətiyyən nəticə çıxarmayıblar, revanşizmi körükləyirlər; demək, “müharibə bitdi” qənaəti həddən artıq tələsik düşüncədir; demək, nə qədər ki, Qarabağda ermənilər yaşayır və ümumiyyətlə, nə qədər ki, Ermənistan var, Qafqaza heç vaxt əmin-amanlıq və sülh gəlməyəcək.

Bunlar əslində 10 noyabr Bəyanatından dərhal sonra politoloqların, ziyalıların səsləndirdiyi fikirlərdir. Erməni xislətinə son 33 ildə əlaca bələd olan hər kəs bilir ki, ermənilər müharibəni bitirməyəcək, torpaq iddiasından, işğalçılıq niyyətlərindən əl çəkməyəcəklər. Bu şərəfsiz və türklərin boğazına tıxac kimi hazırlanan imperialist tör-töküntüləri heç zaman rahat, mehriban qonşuluq prinsipləri ilə yaşamayacaq və bu mənfur yaradılışlar Qafqazda tükənənə qədər heç nə dəyişməyəcək. Ona görə Ordumuzun müharibəyə tam hazır olması, döyüş imkanlarını genişləndirməsi 10 noyabr Bəyanatı imzalandığı andan aktuallığını nəinki itirib, hətta daha da artırıb!

Bunlar aydındır. Amma narahatedici məsələ Rusiya sülhməramlılarının Xankəndidə təşkil edilən bu biabırçı mərasimə qatılmalarıdır. Erməni separatçı-terrorçuları, başda Araik Arutyunyan olmaqla, Azərbaycan torpaqlarında, Xankəndidə mövcuddursa, ermənilər geri qayıda bilirlərsə, Azərbaycan Ordusunun gözü önündə bədnam bir hərəkatın ildönümünü qeyd edirlərsə, bunun bütün məsuliyyəti rus sülhməramlılarının, başqa sözlə, Rusiyanın üzərindədir.

20 fevralda maraqlı bir məlumat da yayılmışdı: Rus sülhməramlıları Fransadan gələn nümayəndələri Laçın dəhlizindən Qarabağa buraxmayıblar və bunun üçün Bakının icazəsi lazım olduğunu bildiriblər. “Yaxşı xəbər”dirmi?

Rus sülhməramlıları artıq bir müddətdir Ermənistan və MDB ölkələri istisna olmaqla, xaricdən gələnləri Qarabağa buraxmır və buna görə Bakının icazəsi lazım olduğunu bildirir. Biz isə bunu rus sülhməramlıların ədalətli davranması kimi qavramağa çalışırıq. Doğrudanmı belədir?

Əgər doğrudan belədirsə, Ermənistan və MDB ölkələrinin vətəndaşları hansı statusla Qarabağa Bakının icazəsi olmadan və bizim Sərhəd Xidmətindən kənar girməlidir ki? Laçın dəhlizi – yalnız və yalnız Qarabağ erməniləri üçündür, Ermənistan və MDB vətəndaşları üçün deyil!

Bəs, niyə rus sülhməramlıları MDB-ni istisna edir, hətta Fransadan gələn erməni və ya ermənipərəstləri Qarabağa buraxmır? Bakıya görə?

Qətiyyən! Rus sülhməramlıları Qarabağda yalnız və yalnız Rusiyanın maraqlarını qoruyur. Rusiya isə “mənəvi vətəndaşlarını” – hələ də haqq etdiyini düşündüyü MDB ölkələrinin vətəndaşlarını öz nəzarətindəki torpaqlara rahatlıqla buraxır, Qarabağın rus sülhməramlılarının nəzarətində olan hissəsini monopoliyada saxlayır. Kimsənin ora müdaxilə etməsinə imkan vermir.

Rusiya artıq 52.700 ermənini Xankəndi və ətrafına daşıyıb gətirib, rus FHN-çiləri, istehkamçıları orda modul evlər, məktəblər tikir, binaları təmir edir. Hər bir erməniyə ayda 20 kiloqram pulsuz ərzaq verilir, məktəblərə ləvazimatlar, tədris vasitələri, məktəbli çantaları bağışlayır; Rusiya orada 1960 nəfərlik sülhməramlı saxlayır, 390 zirehli texnikasını istismar edir, indiyə qədər yüz tonlarla humanitar yardım, tikinti materialları, FHN-çilər, həkimlər, istehkamçılar gətirib. “Qaynar nöqtədə” olduğu üçün ora gələn mütəxəssislər ikiqat maaş alır.

Ərazilər minalardan təmizlənir, blok-postlar tikilir və daha nələr və nələr...

Bunların hamısı da Rusiya büdcəsinin hesabına edilir. Ona görə ki, 5 ildən sonra çıxıb getsinlər? Bu qədər güc, insan resursu xərclənir və ərazidə qəzaya düşüb ölən hərbçilər də var – bütün bunlar yalnız iki xalq arasında sülhü təmin etmək üçündür? Heçmi Rusiyanın maraqları yoxdur?

Belə düşünmək sadəcə, sadəlövhlükdür!

Ruslar öz oyununu oynayır. Bəs, biz niyə buna seyrçi qalmalıyıq?

Digər maraqlı tərəflərə baxaq: ATƏT-in Minsk Qrupu, Fransa, o cümlədən ABŞ-ın yanaşması maraqlıdır (Az öncə ABŞ-da Qarabağla bağlı keçirilən panel müzakirələri bu kontekstdə olduqca diqqətçəkicidir). Hər biri Rusiyanın oynadığı roldan narazıdır, hər biri bölgəyə girmək üçün təzyiqlər edir və bütün vasitələrlə müqavimət göstərir. Hətta iş o yerə çatır ki, sülhü tanımayacaqları haqda “barmaq silkələməyə” qədər qalxırlar. Nə təklif edirlər?

Daha böyük həcmdə, 20 mindən artıq “beynəlxalq sülhməramlılar” gəlməsini istəyirlər və bu sülhməramlılar heç də “Rusiya büdcəsində” oturmayacaq; Ermənistan və Azərbaycan sərhədlərinin “beynəlxalq müzakirəyə çıxarılıb, qəbul edilməsinə” çalışırlar – sanki bu sərhədlər şəffafmış kimi davranırlar; status məsələsində israr edirlər, hətta Dağlıq Qarabağın “yarı-yarıya” iki ölkənin nəzarətinə verilməsi kimi eybəcər və iyrənc “modellər” də kimlərinsə ağzı ilə müzakirə predmetinə çevrilir.

Hələ yaza bildiyimiz bu qədərdir və yazılması mümkün olmayan daha çox nüanslar var. Budur Qərbin “ədaləti”!

Hamını, bütün beynəlxalq gücləri rədd etməklə problemin sonuna varmaq isə mümkün deyil: “bizə biz də yetərik” məntiqi keçmir – nə türk birliyinin, nə islam birliyinin imkanları və siyasəti, düşüncəsi, yanaşması o səviyyədə və o iqtidardadır.

Biz beynəlxalq güclərlə işləməyə məcburuq və hazırda Rusiyanın Qarabağdakı mövqeyi Qərbin yanaşması ilə müqayisədə Azərbaycanın milli maraqları baxımından müqayisəyəgəlməz dərəcədə əlverişlidir. Ən azı ona görə ki, Putin Rusiyası 44 günlük müharibənin tam mərkəzində olub və Azərbaycana münasibətdə - Fransanın timsalında Qərbin hədələrini yada salsaq - daha ədalətli mövqe tutub; ən azı ona görə ki, Putin Rusiyası “Dağlıq Qarabağ hər zaman Azərbaycanın olub” sözünü dəfələrlə dilə gətirib, daha Qərbin geydirmə “Deyton ssenarisi”ni ağzına almayıb; ən azı ona görə Medvedyev Azərbaycan Prezidentinin “status heç vaxt olmayacaq” bəyanatına qarşı qəti şəkildə çıxmayıb, bunu “gələcəyin işi” adlandırıb. Qərb bu məsələdə necə mövqe sərgiləyir bəs? “Statusda” israr etməsi və ümumiyyətlə, bunu danışıqların nüvəsi sayması haqda bəyanatlar ardardadır!

Azərbaycan Ordusu yeni reallıqlar yaradıb – bilirik, amma bu reallıqları kim qəbul edir? Türkiyənin Qafqazdakı roluna hətta üzvü olduğu NATO ölkələri, yumşaq desək, qısqanclıqla yanaşır və bu kontekstdə ən ədalətli yox, “pislərin ən yaxşısını” Rusiya təklif edir – Birgə Monitorinq Mərkəzi misalında.

Bütün bunları nəzərə alıb da, Azərbaycanın hazırkı hərbi-siyasi mövqeyi ilə bağlı daxili tənqidlərin üstündən yalnız xətt çəkmək qalır. Azərbaycan yeni reallıqda arzularımıza aparan ən milli yolu tutub və mümkün olan ən ideal siyasət aparır.

Əlbəttə ki, Rusiya sülhməramlılarının “Miatsum” rüsvayçılığının 33 illiyindəki iştirakına etiraz edirik, Rusiyadan daha ədalətli yanaşma istəyir, buna çalışır, bunun üçün əlaqələri daha da inkişaf etdirir, Rusiyanın bölgədəki maraqlarının təminindən heç bir halda imtina etməyəcəyimizə şimal nəhəngini inandırmağa çalışırıq.

Doğrusu budur – alternativlərin hamısı isə sadəcə, 44 günlük zəfəri məhv etməyə yönələn prosesin başlanğıcı ola bilər.

Sosial şəbəkələrdə “meydan sulayanları”ın İlham Əliyevin apardığı siyasətə qarşı arqumentləri yalandırmı? Qətiyyən yox, tam doğrudur! Ancaq birtərəflidir, yarımçıqdır, manipulyasiyadır. Çünki alternativləri təqdim etmirlər, prosesə “fatmanisə” kimi yanaşırlar. Niyə demirlər ki, alternativlər hansılardır? Hansı ideal variantlar təklif edilir ki?

Tənqidlər, müqavimət mütləq olmalıdır, ancaq bunlar xalqın manipulyasiya edilməsinə yox, Rusiyanın daha loyal siyasət yürütməsi, Azərbaycanın əlini gücləndirməyə hədəflənməlidir...

Tarix
2021.02.24 / 13:14
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

“Şuşa Azərbaycanındır” deyən erməni qadın hədəfə çevrildi

Ordumuz Ermənistanla sərhədə ağır texnika cəmləyir? - İrəvan

Qazaxın 7 kəndi qayıdır? - Son məlumatlar

Xarici diplomatlar Laçında Güləbird SES-də - Foto

Prezident qurultayda hansı tapşırıqları verdi? - Deputat

Bakı və Ankaranın bu məsələdə rolu vacibdir - Çavuşoğlu

Türk general: Azərbaycanda yeni qoşun növü yaradılır

Cəbrayılın Papı kəndindən görüntülər - Video

Fransa səfiri Füzulidə: Bu, çox təsiredici haldır

Ya Azərbaycan Ordusu girəcək, ya da... - Ovannisyan

KULT
<>
Xəbər xətti
 
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla