Yuxarı

Partiyaların inteqrasiyası başladı: davamı olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

6 partiya Yeni Azərbaycan Partiyasına (YAP) birləşməsi müsbət hadisədir. Məsələ ondadır ki, bu gün ölkədə kifayət qədər siyasi partiya var. Əksər siyasi partiyalar da bənzər ideologiyaya sahibdir. Dəstəkçilərinin sayı isə çox azdır. Bu tip partiyaların tədricən birləşməsi ölkənin daxili siyasəti üçün müsbət haldır.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli 6 siyasi partiyanın YAP-a birləşməsini şərh edərkən deyib.

Politoloq qeyd edib ki, Azərbaycanda milli maraqların üstünlük təşkil etdiyi dövr yaşanır:

“Prezident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən milli həmrəylik siyasəti ölkədə milli birlik yaratmışdır.

Dünya praktikasına baxdıqda görürük ki, kiçik və az dəstəkçisi olan partiyalar tədricən birləşərək daha güclü partiya halına gələ bilir. Əslində 6 siyasi partiyanın YAP-a qoşulması bu gün bəzi digər partiyalar üçün də ciddi mesajdır. Təkcə iqtidar deyil, müxalifət cəbhəsində də belə bir halın baş verməsi şübhəsiz daha vizionlu və daha prestijli partiyaların meydana gəlməsinə gətirib çıxara bilər. Real yanaşsaq, məhdud resurslara malik olan partiyaların kifayət qədər qüvvətli siyasi partiyaya qoşulması ölkədə yeni siyasi mənzərənin yaranmasına səbəb olmaqla yanaşı, həmin partiyanın üzvləri üçün yeni imkanlar yarada bilər.

Bununla da partiya üzvlərinin siyasi maraqlarının təminatı prosesi daha effektiv təşkil oluna bilər. Bənzər ideologiyaya, siyasi amala sahib partiyaların ayrılıqda fəaliyyət göstərməsi onların xalq gözündə ciddiyə alınmaması ilə nəticələnir. Aparılan sorğular da onu göstərir ki, ölkədə vətəndaşlar 4-5 partiyadan başqa partiya ya tanımır, ya da məlumatsızdır. Belə olduğu təqdirdə bu partiyaların fəaliyyətinin də mənası qalmır”.

Politoloqun sözlərinə görə, siyasi qüvvələrin inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv fəaliyyətinə xidmət edir:

“Xüsusilə də ölkədə siyasi partiyaların ləğv olunmadan sayının azalması siyasi proseslərə təsir etmək iqtidarında olan partiyalar üçün daha əlverişli şərait yaradılmasına xidmət edə bilər”.

Tarix
2021.03.05 / 16:38
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Sobçak Rövşən Məmmədovu hədəfə aldı - Video

Makrondan erməni dilində paylaşım: Azərbaycanla sülh...

AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat

Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi

"AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

"Aqro Point"in nizamnamə kapitalı yenə azaldı

Ələsgər Ələsgərov nazir müavini təyin olundu

Bakı və İrəvanın danışıqları... - Tramp

Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla