Yuxarı

Qazaxın 7 kəndi qayıdır? - Son məlumatlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qazaxın 7 kəndi qayıdır? - Son məlumatlar

Qazaxın işğal altında olan 7 kəndinin boşaldılması ilə bağlı xəbərlər yayılıb.

Axar.az xəbər verir ki, erməni mənbələr Barxudarlı kəndinin boşaldığını, digər kəndlərin (Sofulu, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli) təhvil verilməsi ilə bağlı işlər aparıldığını yazır.

Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan deyir: "Hazırda Azərbaycan əsgərləri və sülhməramlılar Tavuş bölgəsinin keçmiş Barxudarlı kəndi yaxınlığındakı Azatamut icmasında sərhədin demarkasiya işlərini aparır. Soydaşlarımıza yaxınlaşaraq, çayın üzərindəki anbarları və evləri boşaltmağı tələb ediblər. Biz qaytarırıq, lakin Azərbaycan Artsvaşeni (Başkənd) bizə qaytarmır".

Başkənd SSRİ vaxtında erməni anklavı olaraq tanınıb. Qazaxın 7 kəndi və Naxçıvanın Kərki kəndi qaytarılacağı təqdirdə, Başkəndin də qaytarılacağı haqda fikirlər var idi.

Azərbaycanın Ermənistan tərəfdə qalan üç anklavı var: Kərki kəndi, Qazaxın Barxudarlı və Aşağı Əskipara kəndləri.

Barxudarlı anklavının boşaldığı xəbərləri doğrudursa, bu, digər kəndlərin azad edilməsinin daha tez baş verəcəyini deməyə əsas verir.

Azatamut icmasının rəhbəri Artur Beqinyan demarkasiya işlərinin aparıldığı xəbərini təkzib edib, lakin qeyd edib ki, onu müxtəlif yerlərdən çağırırlar.

“Bölgədə rusların olduğu dəqiqdir, ancaq hansı məqsədlə burdadırlar, onu bilmirəm”, - icma rəhbəri qeyd edib.

Ermənistan Müdafiə Nazirliyi yayılan xəbərləri təkzib edib. Tavuş valisi Hayk Çobanyan da məlumatları təkzib edən yazılı açıqlama yayıb.

Bütün bunların fonunda bir fakt xüsusi diqqət çəkir: Tavuş bölgəsində olan erməni Vardan Zakaryan Feysbuk hesabında yazır ki, ona verilən sürücülük vəsiqəsində doğum yeri kimi Azərbaycan göstərilib.

Qeyd edək ki, Qazax rayonun sözügedən kəndlərinin işğal tarixi belədir:

Bağanis Ayrım – 24.03.1990

Xeyrimli – 08.03.1992

Aşağı Əskipara – 12.03.1992

Barxudarlı – 27.04.1992

Sofulu – 27.04.1992

Qızılhacılı - 11.05.1992

Yuxarı Əskipara – 08.06.1992.

Tarix
2021.03.07 / 19:35
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Qasım Süleymani Qarabağda şəbəkə qurmuşdu - Ağabekyan

ABŞ-ın İrana qarşı 2 planı alınmadı - C planı işə düşdü

İran raketlərlə hücum etdi: azərbaycanlılar da yaralandı

İranın bu müharibədə qələbəsi qaçılmazdır - Ekspert

Ölkədə bu heyvan ətlərinin satışına qadağa qoyulur?

Paşinyanla seçkidə yalnız o rəqabət apara bilər

XIII Qlobal Bakı Forumu başa çatdı

Yaxın Şərqdə münaqişə çox uzun çəkəcək, buna hazırlaşın!

Pakistanlı diplomat Azərbaycana təxliyə olundu - Foto

Hikmət Hacıyev AB-nin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla