Yuxarı

Ortalıq qarışdı: Türkiyə erkən seçki astanasında

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ərdoğana yaxın olan partiyaların yeni seçkilərlə bağlı iddialar ortaya atması ortalığa bəzi mürəkkəbliklər çıxarır".

Bu barədə Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib. Sabiq dövlət müşaviri bəzi siyasilərin ortalığı qarışdıracağını istisna etməyib:

"AKP-nin təkbaşına partiya qurmaq imkanı yoxdur. Belə olan halda hökumət hansısa partiya ilə ortaq koalisiyaya getməli, ya da kənara çəkilərək təşəbbüsü digər partiyalara verməlidir. Burada mürəkkəbliklər çoxdur. Çünki hələ seçki gününün sabahı Ərdoğana yaxın olan partiyalar yeni seçkilərlə bağlı iddialar ortaya atmağa başlayıb. Bu, o deməkdir ki, siyasilər ortalığı qarışdıracaq və koalisiya imkanlarını, necə deyərlər, əngəlləməyə çalışacaqlar. Bu nöqteyi-nəzərdən də zənnimcə, AKP hələ ki, koalisiyaya hazır deyil. Bu, açıq-aydın görünür. Hökumətin bəzi məsul şəxslərinin açıqlamalarından da göründüyü kimi, koalisiya qurulmasının istisna edilməsi və yeni seçkilərin keçirilmə ehtimalının yüksəkliyi barədə danışılması göstərir ki, kimlərsə bu seçkiləri yenidən keçirməyə cəhd edəcək".

Politoloq yeni seçkilərin keçirilməsini mümkünsüz hesab edir:

"Çünki dövlət artıq çox böyük vəsait xərcləyib, insanlar az qala iki ilə yaxındır ki, meydanlardadır. Güman edirəm ki, siyasi partiyaların başçıları-CHP, MHP və eləcə də kürdlərin partiyası HDP bu məsələni dəyərləndirəcək və tezliklə hökumət qurulmasını təmin edəcək, eyni zamanda, kimlərinsə yeni avantüralara baş vurmasına imkan verməyəcəklər. Yəqin ki, koalisyon hökumət məclis başqanı seçildikdən sonra qurulacaq. Əgər Davudoğlu Ərdoğandan müəyyən məsafə saxlaya bilsə, birincisi, MHP-ni öz tərəfinə çəkməklə onunla koalisiya qura və ya ikinci variantda isə MHP-CHP-AKP şəklində hökumət qura biləcək. Ərdoğan buna da maneə olmağa çalışacaqsa, onda yeganə yol CHP-MHP-HDP üçlüyüdür. Milliyyətçi Hərəkat Partiyasının kürd partiyası ilə heç bir şəkildə əməkdaşlığa getməyəcəyini nəzərə alsaq, onda çox çətin bir mənzərə ilə qarşılaşdığımızı görərik".

Tarix
2015.06.08 / 11:52
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla