Yuxarı

Arınç siyasətdən getdi: “HDP sizin uğurunuzdur...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arınç siyasətdən getdi: “HDP sizin uğurunuzdur...”

"HDP-dən AKP iqtidarını yıxmaq üçün istifadə edildi".

Axar.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə Baş nazirinin köməkçisi Bülənt Arınç çıxış edib. O, aktiv siyasətdən getdiyini bildirib:

"Mən bu partiyanın qurucusuyam. 13 il ərzində AKP ilə bir çox qələbələr əldə etmişik. Dünən axşam aktiv siyasətlə vidalaşdım. Vida etdiyim gün böyük bir qələbə görmək istərdim. Təəssüf ki, belə olmadı. Kədərli olduğumu bildirmək istəyirəm. Nəticələr bizə seçkidə uğur qazananın HDP olduğunu göstərir. Dürüst qiymətləndirmə aparmaq lazımdır. İgid yıxıldığı yerdən qalxar. Çox yaxın bir zamanda AKP-nin yenidən iqtidar olma şansı yüksəkdir".

Bülənt Arınç HDP-nin AKP-ni yıxmaq üçün qurulmuş bir layihə olduğunu bildirib:

"HDP-dən AKP iqtidarını yıxmaq üçün istifadə edildi. Ondan istifadə edənsə CHP, MHP, paralel quruluş və media oldu. İndi öz əsərləri ilə nə qədər qürur duyduqlarını görürük. Madam ki, bu üç partiyanın ittifaqı seçkidən qələbə ilə çıxıb, bunun nəticəsində Türkiyə hökumətsiz qalmamalıdır. HDP-nin uğuru sizin uğurunuzdur. Əvvəl HDP ilə koalisiya qurun. Daha sonra AKP-yə kömək et deyilərsə, biz üzərimizə düşəni edərik".

Tarix
2015.06.08 / 16:13
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

İran səfiri konsulumuza görə başsağlığı verdi

Azərbaycan dəmir yolu Ermənistana açıqdır – Paşinyan

Bu kəndlərin Azərbaycana qaytarılmasından 2 il ötür

Naxçıvan hava limanı niyə riskli sayılır? – Səbəb

AZAL rəhbəri aviabiletlərin qiymətindən danışdı

Rusiya AZAL-a görə kompensasiyanı nə vaxt verəcək?

Bayrağımızı yerdən qaldıran məktəbli mükafatlandırıldı

İqlim dəyişikliyinin əsas səbəbi budur - Ekoloq

Qurbanovdan mərhum atası haqda duyğusal yazı - Video

Qarabağ və Şərqi Zəngəzurda 9 şəhər yenidən qurulur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla