Yuxarı

Səfirlik: Ölkəmizlə bağlı qarayaxma kampaniyası aparılır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səfirlik: Ölkəmizlə bağlı qarayaxma kampaniyası aparılır

"Son günlər Almaniya mətbuatında ilk Avropa Oyunları kontekstində Azərbaycan haqqında yayılmış qərəzli məlumatlar ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasıdır".

Bu barədə Azərbaycanın Almaniyadakı səfirliyindən APA-ya daxil olmuş bəyanatda qeyd olunub.

Bəyanatda bildirilib ki, "Frankfurter Allgemeine Zeitung" qəzetinin müxbiri Kristof Beker, "Der Tagesspiegel" qəzetinin müxbiri Klaudia fon Zaltsen, "Deutschlandradio" şirkətinə məxsus olan radio-kanallarında ölkəmiz haqqında qeyri-obyektiv xəbərlər yayan mətbuat nümayəndələri.

"Bu mətbu orqanlarda ölkəmizin ünvanına səsləndirilən tənqidi fikirlər faktlara deyil, uydurma və ya natamam məlumatlara əsaslanır, ölkəmiz haqqında müsbət məqamlar isə göz ardı edilir. Azərbaycanda insan hüquqları və mətbuat azadlığının vəziyyəti haqda səsləndirilən tənqid əsassızdır, çünki o, dərin jurnalist araşdırmaları və obyektiv siyasi analizə söykənmir"- deyə, bəyanatda qeyd olunur.

Sənəddə həmçinin I Avropa Oyunlarının keçirilməsi barədə qərarın Avropa Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında böyük səs çoxluğu ilə qəbul edildiyi, komitənin üzvü olan 50 ölkənin Oyunlarda iştirak etdiyi xatırladılıb.

"Avropa idman ictimaiyyətinin Avropa Oyunlarına böyük əhəmiyyət verdiyi halda, mətbuatda Oyunları qərəzli şəkildə tənqid edən məlumatların yayılması heç cür başa düşülmür" deyə, vurğulanır.

Səfirlik, həmçinin, "Almaniyanın idman ictimaiyyəti və siyasətçilərini ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasından uzaq durmağa" çağırıb: "İdman yarışı mənfi məqsədlər üçün siyasiləşdirilməli deyil, xalqlar arasında anlaşma yaratmaq üçün istifadə olunmalıdır".

Tarix
2015.06.09 / 23:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

Bu böhranların həllinə mane olan amillərdən biri... - Fidan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla