Yuxarı

ANS-in Elnarəni qovması rus mətbuatında - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
ANS-in Elnarəni qovması rus mətbuatında - Video

ANS telekanalının aparıcısı Elnarə Təhməzovanın efirdən kənarlaşdırılması Rusiya mətbuatının da diqqətini çəkib.

Axar.az xəbər verir ki, Rusiyanın "Lenta.ru" xəbər saytı xanım aparıcının hicablıları kəskin tənqid etdiyi üçün efirdən kənarlaşdırıldığını bildirib.

Xatırladaq ki, ANS-in efirində yayımlanan "İncə maraqlar" verilişinin aparıcısı Elnarə Təhməzova efirdə bu fikirləri səsləndirmişdi:

"O qara-qura arvadlardansa, bayquş kimi belə... neqativ-filan görünməkdənsə, mənim xoşuma gəlir ki, hicabda, ancaq daha səliqəli görünsünlər".

Bu ifadələrin inanclı və hicablı xanımlara təhqir olduğunu deyən mömin insanlar isə ötən gün ANS şirkətinə gedərək, etirazlarını bildirmiş, kanalın üzr istəməsini, aparıcının isə efirdən uzaqlaşdırılmasını istəmişdilər.

Daha sonra isə ANS MYMŞ-nın Baş direktoru Mirşahin Ağayev məsələ ilə bağlı açıqlamasında bildirmişdi ki, aparıcının efirdə səsləndirdiyi fikirlər doğrudan da həssas tamaşaçının hissiyyatına toxuna, ən azı onları narahat edə bilərdi: "Aparıcının fikirlərinə görə kanal rəhbərliyinin məsuliyyət daşıdığını biz dəfələrlə elan etmişik və bir daha bildiririk. Fərqi yoxdur, aparıcı nəyi demək istəyirdi, necə alınıb, fakt artıq ortadadır, tamaşaçı hissiyyatına toxunulub və ANS rəhbərliyi kimi biz tamaşaçılardan üzr istəyirik".

Tarix
2015.06.10 / 23:38
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezident Qətər Əmiri ilə görüşdü - Foto

Prezident Hakan Fidanı qəbul etdi

Bakı Bəyannaməsi qəbul olundu

İrəvana gediləcəkmi? – Ankara təsdiqlədi, Bakı isə...

Prezidentlər Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışında...

Jirinovski demişdi: Türkiyəyə qarşı plan... - Video

Saleh Səmədova hökm oxundu

XİN rəhbərlərinin üçtərəfli görüşü keçirildi - Foto

Azərbaycanla bağlı bunu qarşıma məqsəd qoymuşam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla