Yuxarı

İrəvanın “B planı”: buna görə xəritələri vermir... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın “B planı”: buna görə xəritələri vermir... - Video

12:54

Ermənistan minalanmış ərazilərin xəritəsini bizə mütləq verməlidir. Lazım gələrsə, bu istiqamətdə rəsmi İrəvana hər cür təzyiqlər edilməlidir.

Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli deyib.

Politoloq qeyd edib ki, ermənilərin minalanmış ərazilərin xəritələrini verməməsi növbəti məkrli planın xəbərçisidir:

“Rəsmi İrəvan elə düşünür ki, minalanmış ərazilərin xəritələrini verməməklə işğaldan azad edilən Qarabağda bərpa prosesini ləngidə və bu müddət ərzində yenidən işğala cəhd edə biləcək. Təbii ki, bu, yeni bir plan deyil. Bu, ermənilərin hər zaman aktual saxladığı "B planı"dır.

Belə bir nəticəyə gəlmək olar ki, rəsmi İrəvan gec-tez Azərbaycanın öz torpaqlarını işğaldan azad edəcəyini bilib və belə məkrli plan hazırlayıb. Lakin ermənilər bu dəfə də yanılır. Məsələ ondadır ki, ermənilər minalanmış ərazilərin xəritəsini versə də, verməsə də, bərpa prosesi gedir. Bu gün Şuşada aparılan abadlıq işləri, Füzuli aeroportunun salınması, yolların, kommunikasiya əlaqələrinin bərpası bundan xəbər verir. O zaman sual yarana bilər ki, rəsmi Bakı niyə israrla minalanmış ərazilərin xəritəsini istəyir?

Birincisi, prosesi sürətləndirmək üçün. Çünki 44 günlük müharibədən sonra hamı öz yurd-yuvasına qayıtmaq, ən azından torpağını görmək istəyir.

İkincisi, məsələ təkcə minalanmış ərazilər deyil. 27 il ərzində ermənilər təkcə əraziləri minalamayab, həm də Qarabağda gizli bunkerlər və bu bunkerlərdə çoxsaylı silahlar gizlədib. Rəsmi Bakı həm də bu ehtimal və təhlillərə əsaslanaraq xəritələri əldə etmək istəyir.

Üçüncüsü, müharibədən sonra Qarabağa rəsmilərin, jurnalistlərin səfərləri təşkil edilir. 27 illik işğal, erməni vandalizmi dünya ictimaiyyətinin diqqətinə çatdırılır. Lakin elə yerlər var ki, bu gün oralara rəsmilərin, jurnalistlərin getməsi mümkün deyil. Həmin ərazilər indiki halda təhlükəlidir. Rəsmi Bakı həm də Qarabağda daha genişmiqyaslı təbliğat üçün ərazinin tez bir zamanda təhlükəsizliyini təmin etməkdə israrlıdır”.

Tarix
2021.04.05 / 14:36
Müəllif
Turan Rzayev
Digər xəbərlər

Bayramov Pakistan XİN rəhbəri ilə regionu müzakirə etdi

Türkiyənin bu kanalı Azərbaycanı “hədəf” göstərdi

Rusiyanın yardımla yüklü təyyarəsi Lənkərana endi - Video

Bakı və İrəvan arasında sülh prosesi Fransada müzakirə edildi

Qonşu ölkələr ABŞ bazalarını bağlamalıdır... - Xamenei

Xamenei xalqa ilk müraciətini etdi: Qisas alınacaq!

Çalışırıq ki, kimsə gəlib regionda bizə dərs deməsin!

İrana ilk humanitar yardımı Azərbaycan göndərdi

Sülhlə bağlı razılıq böyük cəsarət tələb edirdi - Şarl Mişel

Bakıda mühüm forum başladı: Prezident iştirak etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla