Yuxarı

Laçının hansı kəndləri rusların nəzarətindədir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Laçının hansı kəndləri rusların nəzarətindədir?

2020-ci il dekabrın 1-də işğaldan azad edilən Laçın rayonunun bir hissəsi, o cümlədən Laçın şəhəri Yuxarı Qarabağdan Ermənistana gediş-gəlişə ayrılan 5 kilometr enində zolağa - Laçın dəhlizinə düşür. Həmin zolağa Rusiya hərbçiləri nəzarət edir.

Axar.az Novator.az-a istinadən xəbər verir ki, dəhlizdə Laçının 6 kəndi yerləşir: Qarıkaha, Ağanus, Fətəlipəyə, Kəravuz, Sus, Zabux.

Yəni Rusiya hərbçiləri hazırda Laçın şəhərinə və bu 6 kəndə nəzarət edirlər.

Qarabağdan Ermənistana gedən yolun yaxınlığındakı Ərəb, Turşsu, Unannovu, Bəylik, Qızılca kəndləri 5 kilometrlik zolağa düşmür, amma həmin beş kəndə gediş-gəliş dəhlizlə kəsişir, yəni o kəndlərə gedib-gəlmək üçün dəhlizdən keçmək lazım olur.

Rəsmi statistikaya görə, Laçın rayonunda 1 şəhər, 1 qəsəbə, 125 kənd var.

Laçın şəhəri 1992-ci ilin mayında, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə təcavüz dalğasında işğal olunub, rayon (Qubadlıya yaxın kəndləri çıxmaqla) ermənilərin əlinə keçib. Həmin ilin yay-payız aylarında rayonun Kəlbəcərə yaxın hissəsi azad edilib.

1993-cü ilin yazında Kəlbəcər rayonu işğal edilib, Laçın rayonunun Kəlbəcərə yaxın hissəsi yenidən zəbt olunub. Avqustun sonlarında Laçının Qubadlıya yaxın kəndləri işğal edilib.

2020-ci il sentyabrın 27-dən Azərbaycanın keçirdiyi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərləri, bu rayonların, eləcə də Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir çox qəsəbə və kəndi azad olunub.

Noyabrın 10-na keçən gecə Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti birgə bəyanat imzalayıb, hərbi əməliyyatlar dayandırılıb.

Bunun ardınca Dağlıq Qarabağa və bölgədən Ermənistana gedən Laçın yoluna Rusiyanın hərbi kontingenti yeridilib. Ermənistan dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycana qaytarıb.

Tarix
2021.04.15 / 11:48
Müəllif
Axar.az
Digər xəbərlər

Xəzər dənizindəki gəmilərə xəbərdarlıq edildi

Ermənistanın cənubu şimalı ilə Naxçıvan vasitəsilə...

Bu razılaşma ilə bağlı problem var, 4 məktub göndərmişik

Tokayev Azərbaycanla bağlı bu sazişi imzaladı

Azərbaycan və Türkiyə hərbçiləri təlimə başladı

Prezident Babişin səfəri ilə bağlı video paylaşdı

İtaliya Naxçıvana hücumu qınadı

Vilayət Eyvazov gürcü həmkarını Bakıya dəvət etdi

Prezident Azərbaycanın iqtisadi vəziyyətindən danışdı

Türkiyəli general Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla