Axar.az
Yuxarı

Axar.Az Logo

Bakıda bu qadağadan kim və nə qədər qazanır?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Artıq bir neçə gündür ki, sosial şəbəkələrdə həftəsonu ictimai nəqliyyatın işləməməsinin səbəbləri müzakirə olunur.

Maraqlı ritorik suallar qoyurlar. Məsələn:

- Həftəsonları bir çox yerlər işləmədiyi üçün ictimai nəqliyyatın da yükü azalır. Necə ola bilər ki, həftəarası millət basabas, bir-birinin ağzına nəfəs ala-ala işə gəlib-gedəndə koronavirusa yoluxmur, ancaq həftəsonları heç bir basabas olmayan avtobusdan minən kimi virusa yoluxma baş verir?

- Həftəsonları ictimai nəqliyyatın işləməməsinin koronavirusun qalxıb-enməsinə, ikinci, üçüncü, dördüncü və “en”inci dalğasına heç bir təsirinin olmadığı sübut olundu. Yəni həftəsonları ictimai nəqliyyat işləməsə də, yoluxma statistikası artır. Hətta 9 gün Novruz tətilində avtobuslar işləmədi, yenə də yoluxma çoxaldı. Bəs, bu qadağanı niyə saxlayırlar?

- Niyə avtobuslardakı sıxlığı aradan qaldırmaq üçün BNA tədbir görmür və yaxud, məsələn, 2015-ci ildə Avropa Oyunları zamanı edildiyi kimi, səhər iş vaxtlarının saatının dəyişdirilməsi məsələsinə baxılmır?

- Şənbə günləri çalışan işçilərin hüquqları pozulur. Çünki onlar işə taksi ilə gəlməyə məcbur olurlar. Onların bu hüquqlarının pozulması nə qədər davam edəcək? və s.

Bu tip sualların cavabı olmadığından, artıq millət vəkilləri, ekspertlər də həftəsonu ictimai nəqliyyatın çalışmamasının heç bir önəmi qalmadığını və Operativ Qərargahın bu məsələyə baxmalı olduğunu deyirlər.

Ancaq OQ bu məsələ barədə qərar verməyə tələsmir, çünki nə qədər maraqlı da olsa, tibb işçiləri və həkimlər yekun sözlərini deməyiblər.

Maraqlıdır, bəs həftəsonu qadağasından kimlər bəhrə götürür?

Bununla bağlı ehtimalları da yazaq:

1. Xeyir götürənlərdən biri BNA-dır. Şənbə və bazar günləri nəqliyyatdan istifadə az olduğu üçün avtobusları ağzına qədər doldurub, adamları kartof kisəsi kimi daşımaq mümkün olmadığından, avtobusların bir dövrədən götürdüyü qazanc aşağı düşür. Amma həftəiçi basabaslarda əla, nəzərdə tutulandan da artıq vəsait qazanılır.

Bu qurumdan narazılıq yuxarı dairələrdə də kifayət qədərdir, ona görə də “Bakı Bus” bu qurumdan alınıb İnvestisiya Hondinqinə verilir və Müşahidə Şurası yaradıldı. Çünki həftəarası adamları üst-üstə daşımasına baxmayaraq, kifayət qədər yüksək gəlir əldə etməsinə baxmayaraq, bu qurum qeyri-şəffafdır, qoyulan investisiyanı “doğrultmur”. Əlbəttə doğrultmaz, sürücülərə aldığı şalvar-köynəyi “uniforma” adlandırıb, birinə 500 manat pul siləndə, dövlətə xeyirmi qalar?

2. Xeyir götürənlərdən digəri taksi şirkətləridir. Amma gərək insaflı danışasan – şənbə və bazar günləri bəzi taksi şirkətləri allahsızlıq edib, qiymətləri 20 faiz qaldırsa da, böyük əksərində qiymət dəyişmir. Buna baxmayaraq, marşrutların işləməməsi müştəri bolluğu deməkdir. Demək, qazanc az olmur.

3. Yanacaq məntəqələri. Taksilər və şəxsi nəqliyyat nə qədər çox istifadə edilərsə, yanacaq da çox işlənər və s.

Daha orasını demirik ki, ziyana düşənlər də az deyil: restoranlardan tutmuş ticarətçilərə qədər.

Görəsən, ziyana düşənlərin deyil, xeyir götürülənlərin səsinin və sözünün eşidilməsi prosesi nə qədər davam edəcək?

Tarix
2021.04.15 / 15:45
Müəllif
Şeyx Teymur
Şərhlər
Digər xəbərlər

Muradovun yerinə gələcək Aleksey Avdeyev kimdir? - Dosye

Ordumuz Qara gölü nəzarətə götürdü - Nikoldan reaksiya

Rüstəm Muradov vəzifəsindən uzaqlaşdırılır - KİV

Bakı ilə İrəvan arasında “Tiflis platforması” mümkündür?

Qüds üçün mübarizə aparacağıq - Altun

Ordumuz sərhədi bərpa edir - Nikol təcili TŞ-ni topladı

Fransadakı bu qüvvələr sülhə mane olurlar - Rumestan

Bu gün Ramazan bayramıdır

Prezidentin jurnalistlərlə Şuşada söhbəti - Video

İlham Əliyevdən Ramazan paylaşımı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla