Yuxarı

Sahibə Qafarova MDB PA-nın iclasında çıxış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sahibə Qafarova MDB PA-nın iclasında çıxış etdi

Rusiyanın Sankt-Peterburq şəhərində işgüzar səfərdə olan Azərbaycan Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın 52-ci plenar iclasında çıxış edib.

Bu barədə Axar.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Milli Məclisin sədri yaz sessiyasının konstruktiv və məhsuldar keçəcəyinə inamını ifadə edib. Müasir dünyada parlamentlərin və parlament diplomatiyasının böyük rolundan bəhs edən Sahibə Qafarova vurğulayıb ki, MDB Parlamentlərarası Assambleyası parlament əməkdaşlığının inkişafı üçün əlverişli platformadır.

Bu qurum regional və beynəlxalq həyatın aktual məsələlərinin müzakirəsində, digər parlament təşkilatları ilə əlaqələrin qurulmasında əhəmiyyətli rola malikdir. Qeyd olunub ki, dövrümüzün aktual problemlərinə həsr olunmuş forumların təşkilində, MDB-yə üzv dövlətlər arasında əlaqələrin genişlənməsində bu qurum müsbət nəticələr əldə edib. Spiker bu baxımdan təşkilat tərəfindən sülhün və təhlükəsizliyin möhkəmlənməsində qadınların artan rolunu nümayiş etdirən Avrasiya Qadın Forumu kimi əlamətdar təşəbbüsü yüksək dəyərləndirib.

Sahibə Qafarova Beynəlxalq parlamentarizm gününün təsisi barədə BMT Baş Assambleyasının 72-ci sessiyasında MDB PA-nın irəli sürdüyü təşəbbüsün dəstəklənməsinə diqqət çəkərək deyib ki, 2018-ci ildən başlayaraq 30 iyun tarixində Beynəlxalq parlamentarizm gününün qeyd olunması məmnunluq doğurur.

Spiker ümidvar olduğunu bildirib ki, MDB PA çərçivəsində qarşılıqlı əlaqələr hərtərəfli tərəfdaşlığın möhkəmləndirilməsinə və dövlətlərin ali qanunverici orqanları arasında münasibətlərin dərinləşməsinə xidmət edəcək.

Daha sonra Milli Məclisin sədri Sahibə Qafarova media nümayəndələri üçün mətbuat konfransında iştirak edib.

Tarix
2021.04.16 / 23:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan Kremlə Qarabağ xatırlatması: Heç bir ölkə...

Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...

Zori Balayan öldü

Rövnəq Abdullayevlə bağlı qərar: 16 illik fəaliyyət dövrü

Xəzərin səviyyəsi 20 illik azalmadan sonra sabitləşdi

Azərbaycan üzərindən malların tədarükü... - Papoyan

Azərbaycanlı xanım Nyu Yorkdan elə video paylaşdı ki...

Əliyevin bu sözləri Türk dünyasında böyük əks-səda doğurdu

İlham Əliyev Seneqal prezidentini təbrik etdi

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla