Yuxarı

“Azərbaycan” gəmi-bərəsi Kurıkda belə qarşılandı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Azərbaycan” gəmi-bərəsi Kurıkda belə qarşılandı - Foto

Mayın 7-də Ələtdə yerləşən Bakı limanından yola düşən “Azərbaycan” gəmi-bərəsi mayın 8-də Qazaxıstanın Kurık limanına çatıb.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən Axar.az-a bildirilib ki, limanda gəminin qarşılanma mərasimi keçirilib.

Tədbirdə ölkəmizin Qazaxıstanın Aktau şəhərindəki Baş Konsullu vəzifəsini icra edən Elmar Məmmədov, Mangistau vilayət Akiminin müavinləri Bekbol Orınbasarov və Abzal Mendibayev, Qazaxıstan Dəniz Limanları Administrasiyasının rəhbəri Nurbol Ermanov, Kurık limanının direktoru Serik Axmetov iştirak ediblər.

Qazaxıstanın rəsmi şəxsləri kapitan Ayaz Pirmuradovu Ro-Pax tipli “Azərbaycan” gəmisinin həyata keçirdiyi ilk səfər münasibətilə təbrik ediblər. Tədbirdə bildirilib ki, yeni gəminin ilk səfərinin məhz Kurık limanına olması bütün Mangistau vilayəti üçün xoş bir hadisədir.

Diplomat Elmar Məmmədov Azərbaycan istehsalı olan yeni gəmi-bərənin ilk səfərinin əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycanda tikilib istifadəyə verilən yeni gəmi-bərə Şərq-Qərb Nəqliyyat Dəhlizinin bir hissəsi olan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun səmərəli fəaliyyətinə də öz töhfəsini verəcək.

Kurık limanının direktoru Serik Axmetov gəmi kapitanına “Azərbaycan” gəmi-bərəsinə hədiyyə olaraq rəsm əsəri təqdim edib.

Sonra tədbir iştirakçıları “Azərbaycan” gəmi-bərəsinə baxış keçirib, onun imkanları ilə yaxından tanış olublar.

Tarix
2021.05.08 / 21:35
Müəllif
Axar.az
Digər xəbərlər

Nitqin gözəlliyi, orfoqrafiya qaydaları və ifadə-üslub xətaları...

Urmiya gölündə suyun səviyyəsi 68 santimetr yüksəldi

Tramp sarsıdıcı zərbə aldı: manevr imkanı məhdudlaşdı

Putin və Si Trampın Şurasına qoşulacaqmı?

Bu nazirin 5 müavini eyni universiteti bitirib

ABŞ-dan Prezidentin kortejinə edilən hücumla bağlı açıqlama

İranlı nazir Azərbaycana gəlir - Səfərin təfərrüatı

Sərnişin və yük daşımalarına icazə alınması ilə bağlı yenilik

Ağ Ev Əliyevlə Paşinyanın bu fotosunu paylaşdı

Məlahət Gözəlova rəis müavini təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla