Yuxarı

Lavrovun Bakıya gəldiyi gün Əliyevin 4 mesajı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrovun Bakıya gəldiyi gün Əliyevin 4 mesajı

İlham Əliyevin AzTV-yə müsahibəsində açıq mesajlar var.

Birincisi: “Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur” dedi.

Bunun münaqişənin bitmədiyini iddia edənlərə ünvanlanığı məlumdur, lakin Lavrovun Bakıya gəldiyi gün bəyan edilməsi xüsusilə diqqət çəkir. Bu o deməkdir ki, Lavrov özü ilə “Dağlıq Qarabağ”a aid nələrsə gətirəcəksə, yaxud Xankəndidə qalan separatçı-terrorçuların sonrakı taleyini müəyyənləşdirmək istəyəcəksə, Bakı əvvəlki mövqeyindən geri çəkilməyəcək.

İkincisi: “Əgər bu münaqişə həll olunmayıbsa, onda bu münaqişənin həlli necə olmalıdır? O deməkdir ki, noyabrın 10-da imzalanmış Bəyanat qüvvəsini itirib? Yəni, mən bunu belə başa düşə bilərəm”.

Bu, Makronla telefon söhbətində “Dağlıq Qarabağ probleminin həlli ilə bağlı Minsk qrupu çərçivəsində yeni təşəbbüslər hazırlamaqla” bağlı razılığa gələn Putinə ünvanlanıb. Bakı Moskvadan imza atdığı bəyanata uyğun davranmağını istəyir.

Üçüncüsü: Prezident Fransaya və onun timsalında bölgəyə müdaxilə etmək istəyən ölkələrə açıq şəkildə yerini göstərdi. “Status” məsələsi ilə bağlı Azərbaycanın qəti mövqeyini növbəti dəfə bəyan etdi.

Dördüncüsü: “Şuşa və Hadrutu qaytarmaq istəyən” Ermənistana “odla oynayırsınız” xəbərdarlığını etdi.

Tarix
2021.05.10 / 22:07
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Əliyev və Paşinyanın bir araya gəlməsi... - Senator

Hikmət Hacıyev İran səfiri ilə nələri müzakirə etdi?

Biz Bakı ilə real nəticələr əldə etmək istəyirik - Orr

Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı

TRİPP Bakı və İrəvan arasında sülh sazişinin lövbəridir - Rubio

Əfqanıstan baş naziri İlham Əliyevi təbrik etdi

Pezeşkiandan Əliyevə: Dil, din, tarix ortaqlığı...

Şahabuddin İlham Əliyevi təbrik etdi

İƏT baş katibi İlham Əliyevə təbrik məktubu ünvanladı

BTQ istismara verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla