Yuxarı

Azərbaycanın yol infrastrukturu ilə bağlı araşdırma

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanın yol infrastrukturu ilə bağlı araşdırma

Azərbaycan hökuməti yolları təkmilləşdirmək, yol hərəkətinin təhlükəsizliyini artırmaq üçün yüksək texniki standartlar tətbiq etmək niyyətindədir.

Axar.az xəbər verir ki, ölkənin yol infrastrukturunun vəziyyətinə dair Dünya Bankının araşdırmasına əsasən, “Regional əlaqələr və inkişaf” (Regional Connectivity and Development) layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan Salyan – Biləsuvar avtomobil yolu boyu əraziyə dair iqlim dəyişikliyi və təbii fəlakətlərin fəsadları dəyərləndirilib.

Araşdırma nəticəsində sözügedən bölgədə qarşıdakı 50 il ərzində yağıntı miqdarının və beləliklə də daşqın ehtimalının artması, habelə meşə yanğınlarına səbəb ola biləcək havaların da 50 faiz ehtimala malik olması müəyyənləşdirilib. Bütövlükdə adıçəkilən amillərin yol infrastrukturuna təsiri məhdud olaraq dəyərləndirilib.

2018-ci ildə Azərbaycanda 2019-2023-cü illərdə yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı təsdiqlənib. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Asiya İnkişaf Bankı ikinci dərəcəli və yerli yollara servis xidməti, yol agentlikləri işçilərinin ixtisas təkmilləşdirilməsi kimi bir sıra istiqamətlərə dair texniki yardım üçün vəsait ayırıb.

Bununla yanaşı, yol hərəkətinin təhlükəsizliyilə bağlı tədbirlər görməyin vacibliyi qeyd olunur: “Azərbaycanda hazırda ölümlə nəticələnən yol qəzalarının sayı regionun bir çox ölkələrindəkindən daha artıqdır. Yol infrastrukturuna dövlətin böyük vəsait ayırması hərəkətin daha səmərəli idarə olunması baxımdan nəticələr verdi. Bu, son illər yol qəzalarının azalması baxımdan mühüm töhfə versə də, bundan sonra da vəziyyəti təkmilləşdirmək zəruridir”.

Qeyd edək ki, Dünya Bankı 2001-ci ildən bəri Azərbaycanda böyük avtomobil yollarının yenidən qurulmasına dair üç layihənin icrasına 1,1 milyard dollara yaxın vəsait ayırıb. “Regional əlaqələr və inkişaf” layihəsinə isə 65 milyon dollarlıq kredit ayırmaq nəzərdə tutulur.

Tarix
2021.05.16 / 18:19
Müəllif
Axar.az
Digər xəbərlər

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Nə qədər ki Bakı ilə sülh var, Rusiya... - Paşinyan

Mehriban Əliyeva bu sözlərlə xalqı təbrik etdi

Şahməddin Abdullayevə yüksək vəzifə verildi

Bu əməliyyat dünya tarixində görünməmiş hadisədir

Antiterror əməliyyatına Ermənistan müdaxilə etsəydi...

Prezidentdən Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla