Yuxarı

Svanların azərbaycanlılara hücumu: provokator kimdir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın Dmanisi rayonunda dünən provokasiya olub, svanlar Borçalı türklərinin işlətdiyi bir mağazaya hücum ediblər, bir neçə nəfəri döyüblər. Dumanisidə heç vaxt svanlar yaşamayıb, onları keçən əsrin 90-cı illərində iki səbəbə görə Bolnisiyə və Dmanisiyə köçürülüb: 1) Abxaziya hadisələri, 2) Böyük daşqın nəticəsində bir neçə kəndin dağılması.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli deyib.

Natiq Cəfərli deyib ki, o zaman Gürcüstan hökuməti svanları məhz türklərin çox sıx yaşadığı bölgələrə köçürməklə həmin bölgələrdə etnik tərkibə təsir etmək istəyirdi:

“Dmanisi (Başkeçid) Gürcüstanın strateji bölgəsidir, Ermənistanla sərhəddir, elə kəndlər var ki, Ermənistandan bir neçə metrlə ayrılır. Ona görə də o bölgəyə çox həssas olmaq lazımdır, çox güman Ermənistan xüsusi xidmət orqanları oralarda ciddi fəaliyyət göstərirlər. İstənilən provokasiyalara ancaq hüquq müstəvisində cavab verilməlidir, kimlərsə orada qanlı ədavət salmağa çalışır.

Gürcüstan bizim strateji tərəfdaşımız, Azərbaycanın Qərbə təbii iqtisadi uzantısı, qapısıdır. Gürcüstanın iqtisadiyyatı Azərbaycandan asılıdır, amma bizim də kommunikasiyalara görə asılılığımız var.

Gürcüstan indi narahatdır ki, Ermənistan-Azərbaycan münaqişəsi tam bitib sərhədlər açılsa, iqtisadi və infrastruktur əlaqələri yaransa, Zəngəzur koridoru işə düşsə, Gürcüstanın bölgədə önəmi azalacaq, iqtisadi fürsətləri daralacaq. Son 30 ildə Azərbaycan-Ermənistan münaqişəsindən ən çox maddi qazanc götürən ölkə məhz Gürcüstan idi. İndi yeni yolların açılması ehtimalı (Zəngəzurdan keçəcək dəmir yolu və avtomobil yolları) Gürcüstan üzərindən Türkiyə və Avropa mallarının Azərbaycana, Xəzərin o tayına, hətta Rusiya və İrana tranzitini azalda bilər. Son 30 ildə Sarpdan keçməklə hər gün yüzlərlə TIR Gürcüstan ərazisindən 600 km yol keçməklə Qırmızı Körpü keçid məntəqəsinə gəlirdi. Yol boyu həmin maşınlara xidmət edən, onminlərlə iş yeri olan obyektlər, infrastruktur qurulub, ölkə tranzitdən, əhali isə yolun özündən qazanırdı. İndi rəsmi Tiflis düşünür ki, bu qazanc və fürsətlər azala bilər, narahatdılar.

Boru xətləri daim Gürcüstandan keçəcək, Bakı-Tiflis-Qars dəmir yolu çalışacaq - rəsmi Tiflisə bununla bağlı zəmanət verilməli, onların narahatlığı aradan qaldırılmalıdır. Hətta sabah Zəngəzur koridoru açılsa belə, yolun o başında da, bu başında da Rusiya durucaq. Deməli, o yolla Azərbaycana təzyiq etmək kimi yeni alət yaranacaq, buna görə də Gürcüstan koridoru bizim üçün hələ uzun müddət əhəmiyyətli alternativ olaraq qalmalıdır ki, Moskvanın təzyiqlərini neytralaşdıra bilək.

Azərbaycan-Gürcüsran dostluğu, əməkdaşlığı region üçün də, hər iki xalq üçün də həyati əhəmiyyətə malikdir. Ona görə də provokasiyalara uymamalı, soyuq başla, hüquq çərçivəsində bütün problemlər çözülməli, bizim hökumət bu məsələni daim diqqətdə saxlamalıdır. Orada yaşayan türklər isə gürcü dilini öyrənməli, siyasətə aktiv qarışmalı, seçkili orqanlarda daha çox təmsilçilik qazanmalıdır”.

Tarix
2021.05.17 / 14:40
Müəllif
Gülnarə Kazımova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla