Yuxarı

İdarə rəisi: “Qonaqlar Bakıdan razılıq edir”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İdarə rəisi: “Qonaqlar Bakıdan razılıq edir”

"Mən əmin idim ki, bütün turistlər və idman komandası ilə gələn heyət üzvləri, idmançılar Azərbaycanda hər şeydən razı qalacaqlar".

Axar.az xəbər verir ki, bunu Bakı Kristal Zalda keçirilən qılıncoynatma yarışlarını izləyən Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov Oyunlarla bağlı açıqlamasında deyib.

N.Məcidov taekvondo, güləşin bəzi qarşılaşmasını və boks yarışlarını izlədiyini bildirib:

"İdmana böyük marağım var. Yaxın günlərdə çimərlik futbolunu izləyəcəyəm. Vaxtilə özüm üzgüçülüklə məşğul olmuşam. Qılıncoynatma yarışında iştirak edənlərdən biri yaxın dostumun övladıdır, ona tamaşa etmək üçün gəlmişdim. Təmsilçilərimizin uduzmasına heyfslənsəm də, təsəlli onda tapıram ki, bu, idmandır. İdmanda döyüşçülərdən biri mütləq uduzur, digəri isə udur".

Rəis müavini turistlərin bulvardakı xidmətdən razı qaldıqlarını söyləyib:

"Mən əmin idim ki, bütün turistlər və idman komandası ilə gələn heyət üzvləri, idmançılar Azərbaycanda hər şeydən razı qalacaqlar. Bulvarda işlədiyimə görə xüsusilə deyə bilərəm ki, Avopa Oyunları başladığı gündən bu günədək bir turistin hər hansı şikayəti olmayıb. Xarici qonaqlar Bakıdakı istirahətlərindən razılıq edirlər".

N.Məcidov süni qiymət artımı ilə bağlı şikayətin daxil olmadığını əlavə edib.

Tarix
2015.06.23 / 16:16
Müəllif
Jalə Səmədova
Digər xəbərlər

Corciya Meloni İlham Əliyevə təşəkkür etdi

General: Azərbaycana saldıranlar ağlını başına yığsın! - Video

44 günlük müharibənin ən mühüm nəticəsi... – Solonnikov

FHN rəhbərliyi Zəfər parkında - Video

Ərdoğandan Anım Günü ilə bağlı paylaşım

Azərbaycanla qardaşlığımız daim var olsun - Duran

Dövlət və hökumət rəsmiləri Zəfər parkında - Foto

Tanınmış türk alim Azərbaycana hücuma görə üzr istədi

Gürcüstanla Azərbaycan arasında gərginlik... - Kobaxidze

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla