Yuxarı

Benzinin qiymətinin qalxmasına SOCAR-dan münasibət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Premium” və “Super” markalı benzinlərin qiyməti qalxıb. Bu da dünya bazarında neft və neft məhsullarının qiymətinin dəyişilməsi ilə əlaqədardır.

Bu sözləri Axar.az-a açıqlamasında SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov deyib. O bildirib ki, “Premium” və “Super” markalı benzinlər Azərbaycanda istehsal olunmur:

“Bu benzin növləri xaricdən idxal olunur. Buna görə də onu idxal edən zavod və şirkətlərin müəyyən etdiyi qiymətlərdən asılıdır. Pandemiya dövründə bu benzinlərin qiyməti aşağı düşmüşdü. Pandemiyadan əvvəl “Premium” benzininin qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm 1.10-1.20 manata qədər gerilədi, sonra 1.25 manata qalxdı, indi isə 1.40 manata yüksəlib. Başqa ölkələrdə bu benzinlərin qiyməti aşağı düşərsə, Azərbaycanda da qiymətlər azala bilər. Amma bu benzinlər Azərbaycanda çox da istehlak olunmur. Əsas istehlak olunan yanacaqlar dizel və Aİ-92-dir. Bu da ölkə daxilində istehsal olunur. Ona görə də o yanacaqların qiymətini dövlət tənzimləyə bilir”.

Xatırladaq ki, Azərbaycanda bu gündən benzinin qiymətində dəyişiklik edilib. Belə ki, Aİ-95 markalı benzinin qiyməti 1.40 manat olub.

Tarix
2021.06.02 / 10:32
Müəllif
Ruzbeh Məmməd
Digər xəbərlər

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

AŞ-nin baş katibi Azərbaycana başsağlığı verdi

Onlar Prezidentə başsağlığı verdi

ABŞ səfirliyində bayrağımız yarıya endirildi - Foto

Təyyarəmiz bu sistemlə vurulub - Təcili

Paşinyan Bakıya başsağlığı verdi – ermənilər linç edir

Nalçik yaxındır, təyyarəni niyə Aktauya göndərdilər?

AŞ-də Azərbaycan bayrağı yarıya endirildi - Foto

Qəzada həlak olan Anar da Qroznıda işləyirmiş...

NATO-dan Aktaudakı təyyarə qəzası barədə açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla