Yuxarı

Ukrayna Ali Radası: "Azərbaycandan üzr istəyirik"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Ali Radasının (parlament) üzvləri həmkarları, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti Vladimir Aryevin Azərbaycanla bağlı bəyanatına münasibət bildiriblər.

Ali Radanın deputatı Sergey Taruta APA-ya deyib ki, V.Aryevin bəyanatı nə Ukrayna hökumətinin, nə də Ali Radanın mövqeyini əks etdirir: "Bizim məqsədimiz iki ölkə arasında münasibətləri inkişaf etdirməkdir, zərbə vurmaq yox. Hazırda da çox yaxşı münasibətlərimiz var və biz də Ali Rada olaraq buna dəstək verməliyik. Aryevin qeyri-adekvat bəyanatına görə biz Ukrayna hökuməti və parlamenti adından Azərbaycandan üzr istəyirik. Təəssüf ki, indi Ukraynada bir çox gənc radikal siyasətçilər var ki, siyasətin mahiyyətini anlamır. Bu da onun nəticəsidir. Biz üzr istəyirik. Ümid edirəm ki, Aryev də böyük səhv etdiyini anlayacaq".

Ali Radanın deputatı Nataliya Veselova da deyib ki, Aryevin fikirləri onun şəxsi yanaşmasıdır: "O heç vaxt Ukrayna parlamenti adından belə açıqlama verə bilməz, çünki onun belə ifadələri Ukrayna dövlətinin xarici siyasətinə tamamilə ziddir. Biz Ali Rada olaraq üzr istəyirik və hesab edirəm Aryev özü də şəxsən Ukrayna-Azərbaycan dostluğunu xatırlayıb Azərbaycandan üzr istəməlidir. Ukrayna və Azərbaycan arasında dostluq münasibətləri var, Azərbaycan bizim dostumuzdur. Heç kimin ixtiyarı yoxdur ki, bu dostluğa kölgə salsın. Xüsusilə belə bir vaxtda Ukraynanı sevən ukraynalı siyasətçilər bunu yaxşıca anlamalıdırlar".

Ali Radanın "Blok Poroşenko"dan olan üzvü, Ukrayna-Azərbaycan dostluq qrupunun üzvü Dmitri Andreyevskiy isə bildirib ki, Aryevin bu bəyanatı nəinki düzgün deyil, ümumiyyətlə, qəbuledilməzdir: "O hansı səhvi buraxdığını deyəsən yaxşı anlamır. Əminəm ki, anlayacaq və səhvinə görə hər iki dövlət, hər iki xalq qarşısında üzr istəyəcək". D. Andreyevskiy deyib ki, Ali Radanın heç bir deputatının haqqı yoxdur ki, Azərbaycanda çevrilişə çağırış etsin: "Nəinki Azərbaycanda, ümumiyyətlə, heç bir xarici dövlətdə. Hətta hansı beynəlxalq təşkilatda təmsil olunursa belə bu ona belə səlahiyyət vermir. Siyasətçi bəyanatlarında özünə və təmsil etdiyi dövlətə, onun maraqlarına hörmət etməlidir. Bizim Azərbaycanla çox gözəl dostluq münasibətlərimiz var. Biz Ukraynanın çətin günlərində Azərbaycanın göstərdiyi dəstəyi çox yüksək qiymətləndiririk. İndi heç kimin bu xidmətlərə kölgə salmağa ixtiyarı yoxdur".

Qeyd edək ki, V. Aryev sosial şəbəkədə İrəvandakı aksiyaları nümunə gətirərək Azərbaycanda da bu cür xaos gözlənildiyi barədə bəyanatlar verib.

Tarix
2015.06.26 / 14:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla