Yuxarı

Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ölkəmiz Avropanın etibarlı tərəfdaşına çevrilir

Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin iyulun 1-də ölkəmizə səfəri Azərbaycan-Avropa Birliyi (AB) əməkdaşlığının yeni mərhələyə keçid etməsinin daha bir təsdiqi oldu.

Axar.az xəbər verir ki, bu fikri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov səsləndirib.

Onun fikrincə, Prezident İlham Əliyevin bu səfər münasibətilə mətbuata verdiyi bəyanat göstərdi ki, Azərbaycan–Avropa Birliyi əməkdaşlığı artıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır:

“Son illər həyata keçirilən məqsədyönlü dövlət siyasəti nəticəsində ölkəmiz “yaşıl enerji” sahəsində də Avropanın mühüm tərəfdaşlarından birinə çevrilməkdədir. Bu isə Azərbaycanın beynəlxalq enerji siyasətində yeni mərhələnin başlanğıcını ifadə edir. Dünya enerji bazarında baş verən dəyişikliklər, iqlim dəyişiklikləri ilə mübarizə və bərpaolunan enerji mənbələrinin inkişafı qlobal gündəliyin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycan da bu proseslərin fəal iştirakçısı kimi öz enerji strategiyasını zamanın çağırışlarına uyğun şəkildə yeniləyir. Dövlət başçısının bəyanatında səsləndirilən faktlar göstərir ki, ölkəmiz artıq təkcə neft və təbii qaz ixrac edən dövlət deyil, həm də gələcəyin təmiz enerji istehsalçılarından biri olmağa hazırlaşır.”

Millət vəkili bildirib ki, AB ilə əməkdaşlığın xüsusi əhəmiyyət daşıması təsadüfi deyil:

“Məlumdur ki, Avropa enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, karbon emissiyalarının azaldılması və alternativ enerji mənbələrinin genişləndirilməsi məqsədlərini də prioritet elan edib. Azərbaycanın həyata keçirdiyi layihələr isə məhz bu strateji məqsədlərlə üst-üstə düşür. Mövcud elektrik ötürücü xətlərinin modernləşdirilməsi və yeni enerji marşrutlarının yaradılması ölkəmizi Avropanın enerji keçidində etibarlı tərəfdaşa çevirir. Diqqətçəkən məqamlardan biri də odur ki, Azərbaycan enerji siyasətini yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, həm də

beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi vasitəsi kimi qiymətləndirir. Bu yanaşma ölkəmizin uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imicini daha da gücləndirir. Təsadüfi deyil ki, Avropa Komissiyasının rəhbərliyi enerji sahəsində əməkdaşlığın yeni istiqamətlərini məhz Bakı ilə müzakirə edir və Azərbaycanın bu sahədəki potensialını yüksək qiymətləndirir. Yaşıl enerji layihələrinin həyata keçirilməsi eyni zamanda Azərbaycanın iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Yeni investisiyaların cəlb olunması, müasir texnologiyaların tətbiqi, yüksək ixtisaslı insan kapitalının formalaşdırılması və enerji ixracının şaxələndirilməsi ölkənin dayanıqlı inkişafına əlavə imkanlar yaradır. Bu proses Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “yaşıl enerji zonası” konsepsiyasının reallaşdırılmasına da mühüm töhfə verir”.

Tarix
2026.07.03 / 13:07
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Lukaşenkonu təbrik etdi

Etimadın sirri: İlham Əliyevə dəstəyin səbəbləri...

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

Nazirliyin 600 minini mənimsəyən rəis sərbəst buraxıldı

Leyen Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşdı

Bayramov BMT baş katibinin xüsusi elçisi ilə görüşdü

İrəvana bunu demək üçün gəldim - Leyen

Rusiya yardım istəyir - Türk ölkəsi imtina etdi

Leyeni Bakıya gətirən mühüm səbəblər – Nələr dəyişir?

İlham Əliyev Türkiyənin ədliyyə nazirini qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla