Yuxarı

Ərdoğanın Şuşa ziyarətindən öncə bu səfər... – Şamil Ayrım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ərdoğanın Şuşa ziyarətindən öncə bu səfər... – Şamil Ayrım

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrımın Axar.az-a müsahibəsi:

- Ankaraya Azərbaycan millət vəkillərinin səfərini necə qiymətləndirirsiniz?

- Biz bir müddət əvvəl Azərbaycanda səfərdə olmuşduq. Qardaşlarımızın səfəri gözlənilirdi. Ancaq Azərbaycanda seçkilər və 44 günlük İkinci Qarabağ savaşının başlaması səbəbi ilə səfər indi gerçəkləşdi. Bu səfərin həm tarixi, həm də siyasi önəmi böyükdür. Səfərin digər önəmli xüsusiyyəti Rəcəb Tayyib Ərdoğanın Şuşa ziyarətindən öncə baş tutmasıdır.

- Səfər çərçivəsində gündəmdə hansı müzakirə mövzuları olacaq?

- Dünən və bugün bir sıra görüşlər keçirilib. Bu görüşdə əsas müzakirə qarşıdakı dövrdə görə biləcəyimiz işlər və Ermənistanın bölgədəki son provokasiyaları, eləcə də enerji və nəqliyyat layihələridir. Bildiyimiz kimi, iki ölkə başçısının son görüşündə 12 önəmli anlaşma imzalandı. Görüşdən sonra yalnız şəxsiyyət vəsiqəsi ilə iki ölkə arasında səfərlər başladı, çoxsahəli ticarət anlaşmasının reallaşdırılması fəaliyyəti bu gün də davam etdirilir.

- Yeni enerji və nəqliyyat layihələri barədə bəhs etdiniz...

- Bəli, sözügedən layihələr gündəmin ən önəmli mövzularındandır. Layihələrdən biri Bakı-Qars-Naxçıvan dəmiryolu xəttidir. Yaxın zamanda layihənin icrasına start veriləcək. Digər bir önəmli layihə isə İğdırdan Naxçıvana təbii qaz kəmərinin çəkilməsidir. Kəmərin keçəcəyi ərazilər artıq dəqiqləşdirilib. Bu yeni enerji nəqli marşrutu ilə 500 minə yaxın əhalisi olan Naxçıvana ildə təxminən 1,5 milyon kubmetr təbii qaz veriləcək. “Orta dəhliz” layihəsi də görüşlərimizdə müzakirə ediləcək.

- Türkiyə və Azərbaycan əlaqələrinin gələcək inkişafı barədə nə deyə bilərsiniz?

- Biz iki qardaş ölkənin əlaqələrinin daha da inkişafı üçün üzərimizə düşən bütün vəzifələri yerinə yetirəcəyik. Əldə etdiyimiz nailiyyətlər və son yaşanan hadisələr də bir daha sübut edir ki, bizim əlaqələrimiz bölgədə və beynəlxalq aləmdə sülh və əmin-amanlığın təmininə töhfə verir. Qonşularımız da bizim əlaqələrimizin yüksək səviyyədə olmasından faydalanacaqlar. Yaxın gələcəkdə bizim də Azərbaycana səfərimiz olacaq.

Tarix
2021.06.09 / 14:10
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İranı nə gözləyir: Rejim dəyişikliyi, yoxsa “yumşalma”?

İran müharibəsi: Bayramov Kallasla danışdı

İran xarici tələbələrin ölkədən çıxmasına icazə verdi

Azərbaycan vasitəsilə İrandan təxliyə olunanların sayı...

Yaponiyanın Bakıdakı səfirliyi fəaliyyətini dayandırdı

Bayramov Koşerbayevlə İranı müzakirə etdi

Uçuşlar ləğv edildi, azərbaycanlılar köməksiz qaldı - Video

İran səfiri Azərbaycana təşəkkür etdi

İranda Azərbaycan vətəndaşları xəsarət alıb? - Rəsmi

“Traktor” Bakıya səsləndi: Cənubu qorumaq lazımdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla