Yuxarı

Bəkirov Pakistanın hərbi akademiyasında - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bəkirov Pakistanın hərbi akademiyasında - Foto

İyunun 9-da Pakistanın Lahor şəhərində Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov ilə Pakistan Hərbi Dəniz Akademiyasının rəisi kontr-admiral Məhəmməd Zubair Şafiq arasında görüş keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a bildiriblər ki, görüşdə iki ölkənin HDQ-i arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Kontr-admiral Məhəmməd Zubair Şafiq Vətən müharibəsində qazanılan Qələbə və ölkəmizin ərazi bütövlüyünün təmin olunması münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edib, şəhid olan hərbi qulluqçulara və mülki şəxslərə Allahdan rəhmət, yaralılara isə şəfa diləyib.

Geniş tərkibdə davam edən görüşdə hərbi dənizçi mütəxəssislərinin hazırlığı, hərbi təhsil sahəsində təcrübə mübadiləsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, eləcə də seminarlar, elmi-praktiki konfransların keçirilməsi və digər məsələlər müzakirə edilib.

Görüşün sonunda Azərbaycan nümayəndə heyəti Pakistan Hərbi Dəniz Akademiyasının tədris-maddi bazası ilə tanış olub.

Tarix
2021.06.09 / 19:54
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla