Yuxarı

Bu ölkədə ermənilərin növbəti təxribatının qarşısı alındı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkədə ermənilərin növbəti təxribatının qarşısı alındı

Avstraliyada yaşayan azərbaycanlıların uğurlu müdaxiləsi nəticəsində bu ölkədəki erməni icmasının növbəti təxribatının qarşısı alınıb.

Axar.az xəbər verir ki, erməni icması ölkə parlamentinin rəsmi səhifəsində “Dağlıq Qarabağdakı ermənilərin öz müqəddəratını təyin etmək hüququnun tanınması” adlı petisiya yerləşdirib. Bu təxribata soydaşlarımız parlamentin rəsmi səhifəsində “Milli, etnik, dini qruplar öz münaqişələrini Avstraliyanın daxilinə gətirməməlidir” adlı petisiya yerləşdirməklə cavab veriblər.

Eyni zamanda, Avstraliya İttifaqının xarici işlər naziri xanım Meris Peyn petisiya ilə əlaqədar ermənilərin gözləntilərini doğrultmayıb. Nazirin erməni milli komitəsinə ünvanladığı məktubda bildirilib ki, ölkəsi münaqişənin daimi sülhlə həllinə dair danışıqlar aparan ATƏT-in Minsk Qrupunun səylərini və 2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli sazişi dəstəkləyir. Məktubda deyilir: “Biz hesab edirik ki, 2020-ci il noyabrın 10-da imzalanmış atəşkəsə haqqında üçtərəfli razılaşma bu nəticənin əldə olunmasına imkan yaradır”.

Tarix
2021.06.21 / 19:58
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla