Yuxarı

Keçmiş ANS-çi: “Bizim aparıcılar ələnməlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş ANS-çi: “Bizim aparıcılar ələnməlidir

16 il aparıcılıq edən, 2 ildir çalışdığı işdən bezib Türkiyəyə yaşamağa üz tutan ANS telekanalının keçmiş aparıcısı Gülnarə Məmmədova Azərbaycan teleməkanında baş verənlərdən narahatdır. Bu haqda aparıcı Publika.az-a eksklüziv açıqlamasında deyib.

"Azərbaycan kanallarını izləmirəm. Amma sosial şəbəkələrdə paylaşılan xəbərləri, əlbəttə, görürəm. Bu da məni narahat edir. Hər şey əvvəlki kimi deyil. Məncə, aparıcıları ələsələr çox yaxşı olar. Kanal rəhbərləri belə şeylərə diqqət etməlidir".

Söhbət zamanı aparıcı keçmiş həmkarları ilə əlaqəlarinin qırılmadığını da bildirib:

"Keçmiş həmkarlarımla münasibətlərimiz indiyədək qalıb. Yaxşı ki, internet var. Hər kəsdən xəbər tuturuq. Mütamədi olaraq danışır-yazışırıq".

Ancaq sənət adamları ilə münasibətlər o efiri tərk edən gündən qırılıb:

"Tamaşaçılar hələ unutmayıblar. Halbuki artıq 2 ildir efirdə yoxam. Ancaq sənət adamları haqqında eyni fikirləri söyləmək mümkün deyil. 8 il "Kamerton" verilişini aparmışam. Tamaşaçıya ilk dəfə məhz mənim təqdim etdiyim, efirimdən sonra tanınan insanlar var ki, artıq fəxri adlar da alıblar. Səhər mənə "günaydın", günorta "günortan xeyir", axşam "axşamın xeyir", - deyən həmin sənətçilər efirdən uzaqlaşandan sonra salamı tamam kəsdilər. Onlardan bir dəfə də axtaran olmadı. Ancaq onu da deyim ki, bu məni heç təəccübləndirmədi. Son illər, ümumiyyətlə, heç nəyə təəccüb etmirəm, heç nəyə görə təəssüflənmirəm".

Tarix
2015.07.05 / 12:12
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan çox tolerant ölkədir - İsrail prezidenti

Kartdan-karta pul köçürmələri üzrə limitlər... - AMB

Beləliklə, Azərbaycan xalqının səbri tükəndi...

Azərbaycan böyük iş görür - Tokayev

Biz uşaq qatillərinin səviyyəsinə enmədik - Prezident

Azərbaycanın AQEM-də sədrliyi daha 2 il uzadıldı

Müharibə bizim seçimimiz olmayıb, bizi buna onlar məcbur edib

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Azərbaycan birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynayır

Hicab iddialarına Xomeyninin sözləri ilə - Cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla