Yuxarı

Qarabağdan daşınan silahlar Ermənistanı qarışdırır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 günlük savaş zamanı Ermənistan ordusunda 10 mindən çox əsgərin fərarilik etməsi onsuz da əsgər çatışmazlığından əziyyət çəkən İrəvanı daha acınacaqlı hala salmışdı. Heyət çatışmazlığını aradan qaldırmaq üçün erməni hərbi-siyasi rəhbərliyi bir çox ölkədən pulsuz olaraq göndərilən külli miqdarda silahların əhaliyə paylanılması barədə qərar qəbul etmişdi.

Axar.az xəbər verir ki, Ermənistan hakimiyyəti guya bununla “könüllü batalyonlar” yaradacağı və 30 ildir işğalda saxladıqları ərazilərin azad edilməsinə mane olacağını düşünürdü.

10 noyabr 2020-ci il kapitulyasiyasından dərhal sonra isə bəlli oldu ki, “könüllü döyüşmək üçün” Azərbaycanın Qarabağ bölgəsinə gələn və burda heç bir hesab və qeydiyyat aparılmadan, sağa-sola paylanan silahları ələ keçirən ermənilər həmin silah-sursatla da Ermənistana geri dönüblər. Bu silahların əhalidən yığılması üçün bir neçə dəfə elan verən Ermənistan hakimiyyəti isə istəyinə çata bilmədi və nəticədə hazırda erməni əhalisinin əlində olan silahlar səbəbindən kriminogen durum həddən ağır gərginləşib. Hər gün erməni mediasıda Ermənistanda silahlı qarşıdurmalar, atışma olduğu haqda məlumat yayır.

Elə bu gün Geqarkunik əyalətində “Kalaşnikov” avtomatı ilə növbəti cinayət baş verib. Belə ki, Qoşabulaq (Şatcrek) kəndinin sakini Vaqan Q. şəxsi zəmində mübahisə etdiyi Ara A.-nı və onun “Qazel” avtomobilini avtomatdan atəşə tutub.

Daha bir cinayət isə yenə bu gün İrəvanın mərkəzində, həm də gündüz saatlarında baş verib. Tibbi maskada valyutadəyişmə məntəqəsinə girən naməlum erməni əl qumbarası ilə oradakıları təhdid edərək, külli miqdarda vəsaiti alaraq aradan çıxmağı bacarıb.

Bu, yalnız bu gün müharibə zamanı əhaliyə paylanılan silahlardan istifadə ilə baş verən cinayətlərdir.

Xatırladaq ki, külli miqdarda silahlar yalnız işğal altında saxlanılan Qarabağda paylanmırdı. Ermənistana çatdırılan hərbi silah-sursat da “könüllü” olmaq istəyənlərə dərhal təqdim edilirdi. Silahları alanların böyük əksəriyyəti isə Azərbaycan torpağında ölmək istəmədiyindən, öz evlərinə gedirdilər.

Hazırda da Ermənistan hakimiyyəti xüsusilə Azərbaycanla sərhədə yaxın ərazilərdə yerləşən əhalinin əlində külli miqdarda silah olmasına göz yumur. Bu isə yalnız sərhəddə əhalinin azərbaycanlılara qarşı aqressivliyini təmin etmir, həmçinin bu silahları ermənilər bir-birinə qarşı da tətbiq edirlər.

Tarix
2021.07.29 / 22:15
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Regiondan uzaq dövlətlərin prosesə maneə törətməsi...

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla