Yuxarı

Polisi döyən deputatı hansı cəza gözləyir? – Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Polisi döyən deputatı hansı cəza gözləyir? – Video

12:55

Deputat Eldəniz Səlimovun polis əməkdaşını döyərək xəsarət yetirməsi faktı Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən təsdiq olunsa, o, Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə, yəni xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə ilə mühakimə oluna bilər.

Bunu Axar.az-a açıqlamasında hüquqşunas Anar Qasımlı deyib.

Hüquqşünas bildirib ki, bu maddə 2 ildən 5 ilə azadlığın məhdudlaşdırılması, yaxud da 5 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərədə tutur:

“Burda xəsarətin dərəcəsi də müəyyən olunmalıdır. Xəsarət yüngül ola bilər, az ağır ola bilər, ağır ola bilər və yaxud da ki, xəsarətin dərəcəsi təyin olunmaya da bilər ki, bu da məsuliyyətə təsir edən amillərdir”.

A.Qasımlı qeyd edib ki, deputatın karantin qaydalarını pozması faktı isə izibati məsuliyyət yaradır.

Qeyd edək ki, Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı Daxili İşlər Nazirliyi tərəfindən təsdiqlənib.

Nazirlik bildirib ki, insident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb. Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib.

Tarix
2021.07.30 / 15:40
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Hikmət Hacıyev Türkiyə nümayəndələri ilə görüşdü

Gürcüstan sözünü tutdu: TIR-larımızla bağlı yeni xəbər

Azərbaycan sərhədində yanğın: 1 xilasedici öldü, 4-ü yaralandı

Ceyhun Bayramov italiyalı spikerlə görüşdü

Ceyhun Bayramov Roma Papası ilə görüşdü

Xələf Xələfov Ərdoğanın baş müşaviri ilə görüşdü

Ən aktiv ikinci ordu: Azərbaycanda da hərbçiləri var..

ABŞ bu qurumu ləğv edir - Türkiyə üçün təhlükə

Bakıda SSRİ bayrağı qaldıranlar barədə qərar verildi

Hikmət Hacıyev Niderland səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla