On gün öncə Moskva ətrafından Qarabağa köçən German
Sterliqov burada necə yaşayacağı barədə danışıb.
ANS-in məlumatına görə, lifenews kanalına müsahibə verən
milyarder buraya köçdüyü üçün məmnun olduğunu bildirib.
Burada dəyirmana sahib olduğunu və un satışından ilk gəlirini
əldə etdiyini bildirən Sterliqov, təsərrüfatı üçün Qarabağ
təbiətinin ona uyğun gəldiyini bildirib.
Sterliqov Qondarma Qarabağ respublikasının tanınmadığının da
onun üçün yaxşı olduğunu bildirib. O iddia edir ki, məhz buna görə
burada insanlar özlərini qədimdəki kimi aparır, sənəd düzəltmək isə
asandır.
Bunları eşidən jurnalist ola bilər özü də bilmədən həqiqət ola
biləcək məqama toxunur. O bildirir ki, "Cənab Sterliqov, insana elə
gəlir ki, sizi məhz Qarabağın tanıdılması üçün sizi tutblar".
Nədənsə Sterliqov bu sözün üstündən keçir və yenidən
təəssüratlarından danışmağa başlayır. Qarabağın gözəl təbiəti isə
milyarderə elə təsir edib ki, təəssüratları qurtarmır.
Bundan əlavə milyarder digər KİV nümayəndələrinə müsahibə verib.
Bildirdiyinə görə, o bunu KİV-də yayılan səhv məlumatlara qarşı
edir.
O gəlişinin səbəbini yalnız bazar ertəsi keçirəcəyi mətbuat
konfransında deyəcəyini bildirsə də, artıq "Komsomolskaya Pravda"
qəzetinə müsahibəsində bəzi məqamları açıqlayıb.
Onun bildirdiyinə görə, ailəsinin ünvanına bir çox dəfə
təhdidlər gəlib ki, o yaşadığı yerdən köçmək məcburiyyətində qalıb.
"Məhv etməyin çox yolu var, qətldən tutmuş insanı iynə üstündə
oturmağa kimi"- deyə Sterliqov qeyd edib.
Onun sözlərinə görə, ilk öncə o qondarma Luqansk respublikasına
getmək istəyib. "Mən onların rəhbərliklərinə baxdım, xoşum gəlmədi
onların siyasətlərindən. Qırmızı bayraqlar və buna bənzər şeylər"-
deyə Sterliqov bildirib.
Nəticədə Sterliqov Şuşadan 27 kilometr məsafədə olan ən gözəl
kəndlərindən sayılan Sarıbaba dağının ətəyində olan Şirlana köçməyə
qərar verib. Milyarder buradan Rusiyaya meyvə də vurmaq" istəyir.
"Qarabağ; bu həm də Rusiya şəhərləri üçün təmiz və ucuz ərzaq
məhsulları mənbəyidir. Burada o qədər meyvə tərəvəz var ki, onları
mütləq təkrar emal edib Rusiyaya keçirmək lazımdır. Burada o qədər
təmiz və xeyirli şirələr, kompotlar, çaxırlar istehsal etmək olar
ki, Moskva bundan dadsa orada hazırda satılan bir çox kimyəvi
ərzaqlara tüpürər"- deyə Sterliqov bildirib.
Qeyd edək ki, Qerman Sterliqov Rusiyada 1990-cı illərdə
məşhurlaşmağa başlayıb. O, həmin illərdə ölkədə ilk xammal ticarəti
birjası "Alisa"nı yaradıb.