Yuxarı

Azərbaycan Gorus-Qafan yolunda rüsum alır? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Gorus-Qafan yolunda rüsum alır? - Video

09:00

Azərbaycanın Gorus-Qafan yolunun öz suveren ərazisindən keçən hissəsində İran maşınlarından dövlət rüsumu aldığına dair qəbzi Ermənistan mediası paylaşıb.

Qəbzin üzərində “Cənub Ərazi Baş Gömrük İdarəsi” qeydi var. Qafan-Gorus yolu bu idarəyə daxil olmadığı üçün yayılan qəbz şübhə doğurur.

Birincisi, qəbzi erməni mediası yayır, bu isə faktın təsdiqlənməsi demək deyil;

İkincisi, qəbzin üzərindəki tarix “12 sentyabr 2021-ci il” göstərilir: ermənilərin qəbzi internetdən götürməsi və Qafan-Gorus yolu ilə bağlı təbliğatda istifadə etməsi mümkündür, amma belə qəbzlərin internetdən götürməyin mümkün olub-olmadığı maraqlıdır; ermənilərin bu tarixdə qəbzi dərhal tapmaları şübhəlidir, amma istisna deyil ki, qəbzi fotoşopla da düzəldilə bilərlər; hərçənd, Azərbaycanın öz suveren ərazisindən keçən maşınlardan rüsum alması təbii haqqıdır və ermənilər “feyk-nyus”la heç nəyi dəyişdirə bilməz, yaxud bizim əleyhimizə nəsə əldə edə bilməzlər.

Üçüncüsü, Gorus-Qafan yolunda İran maşınlarının yoxlanılması işini Cənub Ərazi Baş Gömrük İdarəsinin həyata keçirməsi də mümkündür:

- Gorus-Qafan yolunda gömrük işi təşkil edilmədiyi üçün bu idarəyə tapşırıla bilər;

- Bu yoldan əsasən İran maşınları keçdiyi üçün cənub qonşumuzla gömrük işini həyata keçirən Cənub Ərazi Baş Gömrük İdarəsi Gorus-Qafan yoluna da nəzarət edir;

- Həmin yol Azərbaycanın cənub rayonları olan Zəngilan-Qubadlı ərazisinə düşür, lakin sərhədin rəsmi delimitasiyası həyata keçirilmədiyi üçün gömrük sistemi qurulmayıb və gələcəkdə istisna deyil ki, bu bölgə də Cənub Ərazi Baş Gömrük İdarəsinin səlahiyyət coğrafiyasına daxil edilsin: o bölgədə hələ ki, gömrük işinə ehtiyac olan yer Gorus-Qafan yolunun 21 kilometrliyidir və Gömrük İdarəsi həmin bölgədə de-fakto işləyir;

- Yaxud ümumiyyətlə gömrük işi qurulmayıb, lakin İran maşınlarından dövlət rüsumun alınması qarşılığında verilən qəbzlər Cənub Ərazi Baş Gömrük İdarəsinə aiddir.

Bunlar ehtimallardır, ancaq şübhə yox ki, İran maşınları artıq Gorus-Qafan yolunda Azərbaycan polisi tərəfindən yoxlanılır.

Tarix
2021.09.13 / 10:47
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

Paşinyandan Konstitusiya ilə bağlı açıqlama

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

Leyla və Arzu Əliyevalar Pəncəlinin ailəsini ziyarət etdi

AZAL səyahətləri daha rahat edir - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla