Yuxarı

Azərbaycanlılar İran pasportu ilə gəlir - Ermənilər panikada

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlılar İran pasportu ilə gəlir - Ermənilər panikada

Azərbaycanın Qarabağ iqtisadi zonasının rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında yerləşdirilən ermənilər üçün mənzil tikintisi aparan iranlıların içərisində azərbaycanlıların olduğu haqda iddia yayılıb.

Axar.az xəbər verir ki, bu barədə erməni mediası və sosial şəbəkə istifadəçiləri həyəcanla məlumat paylaşıblar. Onlar iddia ediblər ki, Azərbaycan vətəndaşı olan xüsusi şəxslər İran pasportu ilə bu tikintilərdə çalışır və məlumat toplayırlar.

Məsələ ilə bağlı artıq separatçı-terrorçular “araşdırma” apardıqlarını, belə bir faktın olmadığını bəyan ediblər.

Ancaq separatçı-terrorçuların yaydığı məlumatda bir fakt xüsusi diqqət çəkib. Belə ki, onlar Qarabağın rus sülhməramlılarının müvəqqəti məsuliyyət zonasındakı aparılan inşaat işlərində əcnəbi vətəndaşların olduğunu təsdiqləyiblər.

Qeyd edək ki, bu gün İranın Xocalı rayonunda separatçılar üçün mənzillər tikdiyi haqda məlumatı da erməni mediası yayıb. Bu isə İranın Qarabağda qanunsuz olaraq fəaliyyət göstərdiyinə dair daha bir faktdır.

Tarix
2021.09.17 / 23:02
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlandı - Video

Azərbaycan-Türkiyə gərginliyində sizlər nə etdiniz?

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla