Yuxarı

Bakı bunun sayəsində müharibəni tez bitirdi – Pakistanlı akademik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı bunun sayəsində müharibəni tez bitirdi – Pakistanlı akademik

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizini qanunsuz olaraq işğal etdiyi vaxtdan bəri Qarabağda silahlı qarşıdurma idi. 27 sentyabr 2020-ci ildə iki ölkə arasında onilliklərdir davam edən münaqişə Azərbaycan tərəfinin reallaşdırdığı əks-hücum nəticəsində Ermənistan silahlı qüvvələrini işğal olunmuş Azərbaycan torpaqlarından çıxardı.

Bu sözləri Axar.az-a pakistanlı akademik, xarici işlər və geosiyasət üzrə analitik Yasir Məsud 44 günlük müharibənin başlamasının ildönümü ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, Ermənistanın Azərbaycanın dinc şəhər, qəsəbə və kəndlərinə qarşı həyata keçirdiyi raket və artilleriya hücumlarını beynəlxalq təşkilatlar belə təsdiqlədi və baş verənlərin fonunda müharibənin daha da isti fazaya keçməsi gözlənilən idi:

“Biz, Pakistan xalqı olaraq, Qarabağ məsələsində ədalətli və haqlı mövqeyinə görə qardaş xalqımız Azərbaycanı hərtərəfli dəstəklədik və gələcəkdə də bu istiqamətdə əməkdaşlığımızı davam etdirəcəyik. Azərbaycanın bu möhtəşəm zəfərini bütün xalq təntənəli formada qeyd etməlidir, çünki bu şücaət təkcə əsgərlərin deyil, həm də güc və inancı ilə ölkənin ərazi bütövlüyünün bərpa edilməsinə dəstək verən bütün Azərbaycan vətəndaşlarınındır”.

Akademik müharibənin 44 gün ərzində bitəcəyini gözləmədiyini də etiraf edib:

“Ekstra-regional güclərin rəqabəti və müdaxilə ehtimalını nəzərə alsaq, münaqişənin uzun müddət davam edəcəyini düşünürdüm. Lakin Azərbaycanın diplomatik cəbhədəki çevikliyi də daxil olmaqla, müharibə taktikası və texnologiyası, məşhur Şuşa şəhərinin və Ermənistanın işğal etdiyi digər ərazilərin qısa müddətdə geri alınmasında əsas rol oynadı”.

Ekspertin fikrincə, müharibədən sonra yaranan regional reallıqlar Azərbaycanın qısa zamanda regiondan kənarda da güclü nüfuza sahib olmasında rol oynayır:

“İndi ABŞ-ın Əfqanıstanda məğlubiyyətindən sonra bölgədə ortaya çıxan yeni reallıqları nəzərə alaraq, Azərbaycanın diplomatik imkanlarını daha da genişləndirməsinin vaxtıdır. Yeni bloklar, ittifaqlar və iqtisadi canlanma başlayır və Azərbaycanın bəhrə götürmək imkanı var. Yaxın gələcəkdə Azərbaycan bölgədə və kənarda daha çox təsir gücünə sahib olacaq”, – deyə ekspert bildirib.

Tarix
2021.09.27 / 11:32
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Azərbaycanla bağlı iddialar əsassızdır - İordaniya

Azərbaycan və Rusiyanın Türkiyədəki səfirləri görüşdü

Bakı və Berlin siyasi məsləhətləşmələr keçirdi

İŞ-in növbəti iclası: Prezident köməkçisi məruzə etdi

Müharibənin qalibi İrandırmı?

Azərbaycan və Ermənistan nümayəndələri görüşdü

Azərbaycan ərazisindən Körfəz ölkələrinə raket buraxılır?

Türkiyə müharibəyə başlayır: 2040-dan tam qadağan ediləcək

Bakı ilə bütün məsələlər həll olunmayıb... - Mirzoyan

Danışıqlar vaxt qazanma taktikasıdır - Ağar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla