Yuxarı

Əliyevlə görüşəcəm, ona böyük hörmətim var - Qaribaşvili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevlə görüşəcəm, ona böyük hörmətim var - Qaribaşvili

Sabah (bu gün - red.) Bakıya səfər edəcəm və Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcəm. Mənim ona böyük hörmətim var. Bizim yaxşı münasibətlərimiz, ən əsası, etimad mövcuddur.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Qaribaşvili “İmedi” telekanalının efirində deyib.

Onun sözlərinə görə, ölkələr və onların liderləri arasında etimad varsa, bütün məsələlər buna uyğun həll olunur.

Baş nazir yaxın zamanlarda Ermənistana da səfər edəcəyini bildirib: “Hesab edirəm ki, iki ölkə arasındakı münasibətlərdə faydalı rol oynayacam”.

Qeyd edək ki, sentyabrın 29-da Bakıda Azərbaycan və Gürcüstan arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclası keçiriləcək. İ.Qaribaşvili komissiyanın həmsədri kimi toplantıda iştirak edəcək.

Tarix
2021.09.29 / 01:11
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

TRİPP dardır, neft-qaz kəməri sığmayacaq - Mirzoyan

Ərbakanın oğlu da Azərbaycana buraxılmayacaq

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

İrəvan anlamalıdır ki, sülhdən başqa alternativi yoxdur...

Kobaxidze Azərbaycana gəlir

Türkiyənin 31 vətəndaşı "arzuolunmaz şəxs" elan edildi

Bu halda Türkiyə ilə sərhəd açılmayacaq - Adamyan

Azərbaycanlı çoban Ermənistana keçdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla