Yuxarı

Gəncədə yürüş keçirilir - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gəncədə yürüş keçirilir - Foto

Xəbər verdiyimiz kimi, Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəyə ballistik raket hücumlarından bir il ötür.

Axar.az Report-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə terror hadisəsinin 1-ci ildönümü ilə bağlı Gəncə şəhərində yürüş keçirilir.

Yürüşün məqsədi Vətən müharibəsi və atəşkəs dönəmində erməni vandalizminin qurbanlarını yad etmək, məqsədli şəkildə döyüş bölgəsindən uzaqda olan mülki əhalini hədəf seçən erməni terrorunu dünya ictimaiyyətinə çatdırmaq, bütün beynəlxalq qanunlara zidd olan terror hadisələrini gənclər tərəfindən heç bir zaman unudulmayacağını göstərməkdir.

Ölkənin aparıcı gənclər təşkilatlarının nümayəndələri, könüllülər və tələbələrdən ibarət gənclərin iştirak etdiyi yürüş Gəncə şəhərinin mərkəzindən başlayıb.

Xatırladaq ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 01 radələrində düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhərinin mərkəzindəki Cavadxan qəsəbəsini SCUD/Elbrus əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub.

Düşmənin hücumu zamanı yaşayış evləri tamamilə dağılıb, sakinlər dağıntılar altında qalıb.

Nəticədə 14 nəfər şəhid olub, 55-dən artıq şəxs yaralanıb, çoxsaylı mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Şəhid olanlar və xəsarət alanlar arasında azyaşlılar, qadınlar və qocalar da var.

Tarix
2021.10.17 / 00:41
Müəllif
Axar.az
Digər xəbərlər

Paşazadə 10 yepiskopla görüşsə... - Badalyan

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla