Yuxarı

Bu, İrəvanın məsuliyyətə cəlb edilməsi üçündür - Professor

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan BMT-nin 21 dekabr 1965-ci il Qətnaməsi əsasında qəbul edilən “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Beynəlxalq Konvensiyanın Ermənistan tərəfindən pozulması haqqında tam haqlı şəkildə və beynəlxalq prosedura uyğun olaraq Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev deyib.

Alimin sözlərinə görə, bu məhkəmə prosesi Azərbaycanın haqq səsinin beynəlxalq hüquq zəminində bütün dünyaya çatdırılmasına və Ermənistanın layiqli cəzasını almasına gətirib çıxaracaq:

“Azərbaycan da dövlətlərin beynəlxalq şikayət proseduru əsasında Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edərək xalqımıza qarşı dövlət səviyyəsində soyqırım siyasəti həyata keçirən Ermənistanın hüquqi məsuliyyətə cəlb edilməsini tələb edir. Beynəlxalq Ədalət Məhkəməsi də istintaq materialları əsasında Ermənistanın 1988-ci ildən bugünə qədər xalqımıza qarşı milli-etnik zəmində birinci və ikinci Qarabağ müharibələri zamanı çoxsaylı cinayətlərini araşdıracaq. Bunun ilkin mərhələsində dinləmələr olacaq. Sonra isə digər mərhələlərə keçiləcək. Ermənistanın törətdiyi cinayətlər haqqında Azərbaycanın əlində tutarlı istintaq materialları var. Ermənistanın törətdiyi müharibə cinayətlərinə Beynəlxalq Ədalət Məhkəməsində baxılması onun əsl terrorist mahiyyətinin beynəlxalq aləmdə ortaya çıxmasına səbəb olacaq”.

Qeyd edək ki, bu gün BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın “İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında" Beynəlxalq Konvensiyanın pozulmasına görə Ermənistana qarşı qaldırdığı iddia üzrə dinləmələr başlayıb. Dinləmələr iki gün davam edəcək.

Tarix
2021.10.18 / 17:03
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Tramp istədi, AB əməl edir: Rusiyadan idxal dayandırılır...

Bayramov Marta Kos ilə bölgədəki vəziyyəti müzakirə etdi

Rusiya hərbi gəmisini gələn həftə Bakıya göndərir - Səbəb

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla