Yuxarı

İranın Qarabağ qadağasına Bakı dərhal cavab verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Qarabağ qadağasına Bakı dərhal cavab verdi

Bu hadisələr ilk dəfə başlayanda da İranın ölkəmizə qarşı ittihamlarının əsassız olduğunu qeyd etmişdim. Azərbaycanla münasibətləri korlamaq İranın işinə heç bir şəkildə yaramır. Çünki bu iki xalqı, ölkəni birləşdirən amillər çoxdur - ortaq mədəniyyətə, çoxəsrlik xalqlararası dostluğa malikik və yaxın qonşuluq münasibətlərimiz var.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Azərbaycanın iki iranlı sürücünü ölkəsinə geri qaytarmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, proseslərin əvvəlindən Azərbaycan böyük səbir və siyasi təmkin nümayiş etdirib:

“Prezident İlham Əliyev də nəhayət, İranın əsassız ittihamlarından əl çəkəcəyinə, yenə də iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bərqərar olacağına ümidini ifadə etmiş və cənub qonşumuzu yeni reallıqlara uyğun davranmağa çağırmışdı”.

Politoloq İran və Azərbaycanın son qarşılıqlı addımlarının ümumi regiona müsbət təsir edəcəyini vurğulayıb:

“İranın ötən gün Laçın dəhlizindən Qarabağa qanunsuz yük daşınmasını rəsmi şəkildə qadağan etməsi ilə bu gün Azərbaycanın dövlətimizin qanunlarını pozan iki iranlı sürücünü təhvil verməsi Bakının müsbət mesaja dərhal qarşılıq verdiyinin sübutudur. Azərbaycan bir daha göstərdi ki, qonşuları ilə problem istəmir, ancaq milli maraqlarından da bir addım geri çəkilən deyil. Azərbaycanla İran arasında münasibətlərin yüksək səviyyədə olması bütün bölgədə dayanıqlı sülh və sabitlik üçün vacib bir məsələdir. Üstəlik həm Azərbaycan, həm də qardaş Türkiyə “Altılıq” formatı çərçivəsində bölgədəki problemlərin həllində və gələcək layihələrin reallaşdırılmasında İranla əməkdaşlığa xüsusi önəm verir.

Güman edirəm ki, bundan sonra İran Azərbaycanın ərazi bütövlüyünün qırmızı xətt olduğunu, Bakı ilə hərbi ritorikada danışmağın yersizliyini anlayacaq və normal qonşuluq münasibətlərini bərabər səviyyədə inkişaf edirəcək. İran növbəti addımlar atacaq və Ermənistanı revanşizmə sürükləməkdən əl çəkəcəksə, bundan həm iqtisadi, həm də siyasi anlamda özü də udacaq”.

Tarix
2021.10.21 / 15:36
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

İlham Əliyevdən Sülh Sammiti ilə bağlı paylaşım - Foto

Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak etdi - Video

Pakistan prezidenti Sahibə Qafarovanı qəbul etdi

Azərbaycan və Rusiya regionun aparıcı ölkələridir - İran

Trampın İlham Əliyev barədə diqqətçəkən sözləri - Video

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

Yaxın Şərqdə sülh! Tarix yazılır! - Hacıyev

Fələstinli satqınları dəhşətli ölüm gözləyir

İlham Əliyevlə Makronun səmimi görüşü - Video

İlham Əliyev Trampla görüşdü - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla