Yuxarı

İlk gün düşmənin bu sisteminin 60 faizi məhv edildi - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlk gün düşmənin bu sisteminin 60 faizi məhv edildi - General

Azərbaycanın bütün qoşun növləri Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi başlayan ilk gündən sonuncu günədək bütün tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetirib.

Axar.az xəbər verir ki, bunu müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Ramiz Tahirov Report-a deyib.

O bildirib ki, HHQ-yə müharibənin birinci günündən digər dövlət qurumları, xüsusən də Dövlət Sərhəd Xidməti (DSX) ilə birgə düşmənin hava hücumundan müdafiə sisteminin məhv olunması və Azərbaycanın hava üstünlüyü qazanması ilə bağlı xüsusi tapşırıq verilmişdi.

“Biz bunu icra etdik. Müvəffəqiyyətlə döyüş tapşırıqları yerinə yetirildi. Erməni ekspertləri və mütəxəssisləri də qeyd edirlər ki, müharibənin birinci günü onların hava hücumundan müdafiə sisteminin 60 faizi məhv edilib. Bunun nəticəsində isə bütün mövcud olan vasitələrimizlə - təyyarə, helikopter, zərbə dronları, DSX-nin “Harop”, “Sky Striker” zərbə dronları ilə düşmənə sarsıdıcı zərbələr endirildi, onların döyüş imkanları zəiflədildi, müqaviməti azaldıldı. Bunun nəticəsində isə bizim xüsusi təyinatlılarımız və Quru Qoşunlarımızın hücuma keçməyinə əlverişli şərait yarandı", - HHQ komandanı bildirib.

Tarix
2021.10.22 / 11:44
Müəllif
Axar.az
Digər xəbərlər

Bu deputatlara vəzifə veriləcək - Siyahı

Bu şəxslərə xoş xəbər: Maaşları iki dəfə artacaq

3 aydan sonra Ermənistana hücum olacaq - Hazırlıq başladı

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi

İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi

6 nəfər prokurorluq orqanlarından xaric edildi

Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı

Bakının bu addımı ümid verir... - Mirzoyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla