Yuxarı

Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Çinə rəsmi səfəri çərçivəsində Çin Kommunist Partiyasının Muzeyini ziyarət edib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin X hesabında paylaşım edilib.

Qeyd olunub ki, muzey Çinin müasir inkişafını formalaşdıran tarixi məqamlar və idarəetmə təcrübəsi haqqında dəyərli məlumat təqdim edir.

Nazir Qonaq Kitabında öz təşəkkür sözlərini yazaraq, Azərbaycan-Çin hərtərəfli strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığın daha da zənginləşdirilməsinin vacibliyini vurğulayıb.

C.Bayramov öz X hesabında qeyd edib ki, Çin Kommunist Partiyası Muzeyini ziyarət etmək şərəf idi, bu muzey Çin xalqının zəngin tarixini, baxışlarını və nailiyyətlərini canlı şəkildə əks etdirir:

"Bu ziyarət Çinin inkişaf yolu və milli dirçəliş haqqında dəyərli məlumatlar verdi. Gözəl tur üçün təşəkkür edirəm!"

Tarix
2026.01.28 / 18:20
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla