Yuxarı

Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ceyranbatanda yanğın: uşaq özünü binadan atdı

Abşeron rayonunun Ceyranbatan qəsəbəsində doqquzmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı uşaq özünü binadan ataraq xəsarət alıb.

Axar.az Trend-ə istinadla xəbər verir ki, hadisə ilə əlaqədar iyulun 28-i saat 01:30 radələrində 2013-cü il təvəllüdlü oğlan uşağı Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasına hospitalizasiya olunub.

Ona sağ pəncənin açıq yarası diaqnozu qoyulub. Pasiyentə xəstəxananın Təcili yardım şöbəsində zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, “112” qaynar telefon xəttinə Ceyranbatan qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb edilib.

Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yaşayış binasının elektrik şaxtasında və sayğaclarda baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.

Tarix
2026.07.28 / 11:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi

Paşinyan Nəsimidən danışdı: Əgər qadın polisi gözləsəydi...

Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü

Azərbaycanın həmmüəllifi olduğu qətnamə BMT-də qəbul edildi

AKP: Azərbaycanla aramıza girməyə çalışırlar - Video

Oyuncaqların təhlükəsizliyi ilə bağlı rəsmi qərar

Onun Azərbaycanla əlaqəsi yoxdur - Alman kəşfiyyatı

Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında...

Çavuşoğlundan Bakıda mesaj: Müharibənin bitməsi...

Papikyandan Nəsimi Musayevlə bağlı mühüm açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla