Yuxarı

Bu şəxslərə xoş xəbər: Maaşlar bu cür artacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu şəxslərə xoş xəbər: Maaşlar bu cür artacaq

Bakı Slavyan Universitetində (BSU) fevralın 1-dən etibarən müəllimlərin əmək haqlarının hesablanmasında yeni sistemə keçid edilir.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, universitetdə tətbiq olunacaq differensial maaş sistemi çərçivəsində professor-müəllim heyətinin maaşları onların fərdi fəaliyyət göstəricilərinə uyğun olaraq tənzimlənəcək. Üç mərhələdən ibarət olacaq prosesin ilk hissəsində müəllimlərin elmi nəşrləri, tədqiqatları və peşəkar inkişafı qiymətləndirmənin əsas meyarları kimi götürüləcək.

Yeni sistemin ən diqqətçəkən tərəfi maaş artımının dərəcəsidir. Belə ki, reytinq siyahısında ilk 20 yeri tutan müəllimlərin maaşları iki dəfə artırılacaq. Siyahıda 21-60-cı yerlərdə qərarlaşan əməkdaşlar üçün 40 faiz, 61-100-cü yerlərdəkilər üçün isə 20 faiz artım nəzərdə tutulur. Bu prosesdə iştirak könüllü olsa da, tələbələrin müəllimləri qiymətləndirməsi də yekun nəticəyə təsir edən daimi amillərdən biri olacaq. Universitet rəhbərliyi bildirib ki, bu addım həm təhsilin keyfiyyətini yüksəltmək, həm də müəllimlər arasında sağlam rəqabət yaratmaq məqsədi daşıyır.

Tarix
2026.01.28 / 20:04
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onun Bakıya səfərini paylaşdı - Foto

KTMT Qarabağ münaqişəsinə müdaxilə edə bilməzdi

İranın AzTV-ni “düşmən” saymasının cavabı...

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni cinayətkarların məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla