Yuxarı

Tiktokda söyüş söyən musiqiçi həbs olundu

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda söyüş söyən musiqiçi həbs olundu

Qobustan rayonunda saz və gitara ifa edən musiqiçi Rauf Cəbrayılov inzibati qayda pozuntusuna görə həbs olunub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, 2001-ci il təvəllüdlü Qobustan rayonu, Nərimankənd kənd sakini Rauf Cəbrayılov İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və məhkəmənin hökmü ilə 20 gün müddətinə həbs edilib.

Məlumata görə, Rauf Cəbrayılov Tiktok sosial şəbəkəsində "rauf music” adlı hesabından istifadə edərək musiqiçi kimi iştirak etdiyi tədbirlərdən videolar paylaşıb. Lakin təxminən iki həftə əvvəl sərxoş vəziyyətdə Tiktok hesabında canlı yayım açıb və bu zaman etikadan kənar ifadələr işlədib. Daha sonra heç bir aidiyyəti olmadığı təqdirdə benzin qiymətini qaldıran şəxslər barəsində də əxlaqa uyğun olmayan ifadələrdən istifadə edib.

Məhkəmədə Rauf Cəbrayılov bildirib ki, həmin vaxt sərxoş olduğu üçün inzibati xəta törətdiyini dərk etməyib və ona həbslə bağlı olmayan inzibati tənbehin tətbiq edilməsini xahiş edib.

Qeyd edək ki, o, bir neçə il əvvəl fəaliyyətini dayandıran Lider TV-də saz musiqi yarışmasının iştirakçısı olub.

Tarix
2026.01.28 / 18:12
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla