Yuxarı

Zəngilanda işləmək istəyənlərin nəzərinə!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zəngilanda işləmək istəyənlərin nəzərinə!

Xəbər verdiyimiz kimi, oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonuna səfər ediblər.

Dövlət başçısı və birinci xanım rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə tanış olublar.

Qeyd edək ki, hazırda layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə olunmaqla tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir.

Hazırda Zəngilanda özəl investisiya və məşğulluq layihələri mövcuddur.

Axar.az Musavat.com-a istinadən bu layihələr sayəsində vətəndaşlar üçün yaradılan iş yerlərinin siyaıhısını təqdim edir:

Camışçılıq ferması və camış südünün emalı: 30 iş yeri

Əmtəə betonunun istehsalı zavodu: 23 iş yeri

İntensiv xurma bağları: 100 daimi və mövsümi iş yeri

Otel və turizm: 30 iş yeri

İctimai iaşə obyektləri: 44 iş yeri

Kənd təsərrüfatı: 200 daimi və mösümi iş yeri

Dövlət müəssisələri: 80 iş yeri.

Məlumat üçün bildirək ki, iş axtaran hər kəs e-sosial.az portalı üzərindən Məşğulluq Alt Sisteminə daxil olaraq işsiz və iş axtaran kimi öz qeydiyyatını apara bilərlər. İnternetə çıxışı olmayan və elektron platformadan istifadə etməyi bacarmayan vətəndaşlar isə öz əraziləri üzrə məşğulluq filiallarına yaxınlaşaraq Zəngilan və rayonlardakı vakansiyalar barədə məlumat ala bilərlər.

Tarix
2021.10.22 / 18:42
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı kapitan Ukraynada həlak oldu - Foto

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla