Yuxarı

Ermənilər bu “silahla” Berlini Bakıya qarşı qoydular

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənilər bu “silahla” Berlini Bakıya qarşı qoydular

Berlin hər zaman Ermənistan-Azərbaycan münaqişəsindən danışdıqda qarşıdurmanın həllinin hüquqi əsasını qeyd edib və BMT-nin dörd qətnaməsini yada salıb. Lakin 44 günlük müharibə dövründə Almaniyanın ayrı-ayrı siyasi şəxslərinin ritorikası Ermənistanın tərəfində idi. Sözün düzü, hesab edirəm ki, bu davranışı kifayət qədər ikiüzlü hesab etmək olar.

Axar.az xəbər verir ki, bu fikirləri almaniyalı politoloq, tarixçi Mattias Volf bölüşüb.

O, Almaniya ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin əvvəlcə “kifayət qədər ziddiyyətli” göründüyünü bildirib:

“Xüsusilə Qarabağ müharibəsi zamanı. Bir tərəfdən Almaniya hökuməti Azərbaycanla tərəfdaşlıqdan danışırdı, digər tərəfdən bəzi siyasi spikerlər Ermənistanın dəstəklənməsi barədə bəyanatlar verirdilər. Bu, onu göstərir ki, bu ölkədə islamofobiya hədsiz dərəcədə inkişaf edib. Problem – alman ekspertlərinin Qarabağ münaqişənin tarixini bilməməsindədir.

Əslində Ermənistan radikal bir dövlətdir - heç kimi qəbul etmir. Onlar özlərini ən qədim xristian millət hesab edirlər. Şovinizmin güclü inkişaf etdiyi bir ölkədir. İrəvan monodövlət ideası ilə siyasətini formalaşdırır.

İrəvandan fərqli olaraq, Azərbaycanda həm xristianlar, həm yəhudilər, həm də müsəlmanlar vəhdət təşkil edir. Azərbaycanda islam siyasi istiqamət deyil, din kimi qəbul edilir.

Ermənistanda isə hər şey əksinədir: xristianlıq ermənilərin hər yerdə istifadə etdikləri siyasi silahdır.

Müharibə dövründə ermənilər bu taktika ilə Almaniyanı da aldada bilmişdilər”.

Tarix
2021.10.25 / 17:03
Müəllif
Əli Məmmədov
Digər xəbərlər

Ermənistanın aqibəti Ukrayna kimi ola bilər? - Bəyanat

Kos Bolqarıstan rəsmisi ilə Cənubi Qafqazı müzakirə etdi

Azərbaycanın inkişaf tempi məni heyran edib... - Babiş

Pezeşkian iclas keçirdi: Azərbaycanla bağlı tapşırıq...

Bu halda İcəvanın yarısını itirəcəkdik

Azərbaycana qarşı hər hansı təxribatlar olarsa... - Deputat

Azərbaycandan Ermənistana buğda və gübrə göndərildi

İrakli Kobaxidze İlham Əliyevi təbrik etdi

Prezident Xankəndidə bu müəssisənin açılışını etdi

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla