Yuxarı

Milli Şuranın qalmaqallı toplantısı davam edir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Axar.az" xəbər verir ki, saat 16:00-dan etibarən Müsavat partiyasının qərargahında Milli Şuranın iclası keçirilir. İclasın əsas müzakirə mövzusu Milli Şuradan kənarlaşdırılanlar və qurumda yaşanan istefalardır. Sessiyanın gedişində Ə.Temirxan təklif edib ki, ALP lideri Lalə Şövkətin Milli Şuradan istefası ilə bağlı məsələ təşkilatı məsələlər sırasından çıxarılsın. Milli Şuranın namizədi Cəmil Həsənli isə bu təklifə qarşı çıxıb:

"Müxtəlif adamlar Milli Şurada olmadıqları ilə bağlı bəyanatlarla çıxış edirlər. Biz də burda onların istefasını qoyuruq və üzvlükdən çıxarırıq. Biz nəinki Lalə Şövkət, istefa vermiş digər şəxslər haqqında da müzakirə açmaq niyyətində deyilik. Lakin bizim borcumuzdur ki, istefa faktını təsdiq edək".

Hüquqşünasların qalmaqalı

Ə.Temirxan isə israr edib ki, Milli Şuradan istefalar ad çəkilmədən səsə qoyulsun.

Elə mübahisə də bu zaman yaşanıb. Həmin vaxt hüquqşünas Hüseyn Hüseynovla Ə.Temirxan arasında qalmaqal baş verib. H. Hüseynov deyib ki, bəzi partiyalar Mili Şuraya daxil olanda səs-küylə gəlir, gedəndə isə ad çəkilməsini istəmir. Temirxan isə onun bu sözlərinə etiraz edib, nəticədə mübahisə yaranıb.

Ə. Temirxan deyib ki, Milli Şuradakı daxili düşmənçilik səbəbindən Lalə Şövkət istefa verib. O da istefa verdiyini elan edərək sessiyanı yarımçıq tərk edib.

7 nəfər Milli Şuradan çıxarılıb

Daha sonra Milli Şuradan istefa ərizələrinin qəbulu ilə çıxarılanların adları açıqlanıb. Milli Şuradan istefa verənlər arasında eks-spiker Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və partiyanın sədri Əvəz Temirxan, İslam Partiyasının və Açıq Cəmiyyət Partiyasının hərəyə 2 üzvü var.

Qarşımızda duran əsas hədəf

İstefalarla bağlı məsələ səsverməyə qoyulandan sonra isə bir neçə çıxış olub. Cəmil Həsənli qeyd edib ki, qarşıdakı zamanlarda görəcəyimiz işlərin planını cızmalıyıq:

"Həbsdə siyasi partiyaların üzvləri var, jurnalist dostlarımız var. Onların həbsdən azad edilməsi bizim qarşımızda duran əsas hədəfimizdir. Onların azad edilməsi üçün bütün aparıcı beynəlxalq təşkilatlara məlumat verilib. Onlar məsələdən xəbərdardılar. Bizim özümüzün birlik və qətiyyəti gərəklidir".

Cəmil Həsənli qeyd edib ki, həbsdə olan siyasi məhbusları, jurnalistləri, vicdan məhbuslarını azad etmək üçün əllərindən gələni edəcəklər.

Daha sonra çıxış edən AXCP sədri Əli Kərimli xalqı 27 oktyabr tarixində keçiriləcək mitinqdə iştirak etməyə çağırıb.

Tarix
2013.10.24 / 18:35
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla