Yuxarı

Pekindən Bakıya və İstanbula maşınla… - Şamil Ayrım

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrımın Axar.az-a müsahibəsi:

- Oktyabrın 26-da Türkiyə və Azərbaycan növbəti tarixi günlərindən birini yaşadı. Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev birlikdə Füzuli Beynəlxalq Hava Limanının açılışını etdilər. Siz də Türkiyədən gələn heyətdə idiniz. Duyğularınızı bizimlə bölüşməyinizi xahiş edirik...

- Çox duyğulu anlar yaşadıq. 8 ay kimi qısa müddətdə işğaldan azad olunan Füzuli bölgəsində beynəlxalq statusa malik və dünya standartlarına uyğun bir hava limanı inşa etmək dünyada nümunəsi bəlkə də nadir olan bir hadisədir. Biz isə Türkiyə və Azərbaycan şirkətlərinin birgə fəaliyyətlə belə böyük layihəni gerçəkləşdirmələrinin haqlı qürurunu yaşadıq. Bu, əlbəttə, ölkələrimizin gücünü dünyaya göstərən önəmli mesajdır.

- Prezidentlər həm də Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun, yəni Zəngəzur dəhlizinin də praktiki olaraq təməlini atdılar. Ümumiyyətlə, bu dəhlizin açılması bölgə dövlətlərinə nə verəcək?

- Zəngəzur dəhlizi bölgəmiz üçün çox böyük strateji əhəmiyyətə malikdir. Əgər xatırlayırsınızsa, İlham Əliyev çıxışlarının birində Qafqazda sülhün yolunun Zəngəzurdan keçdiyini demişdi. Həqiqətən də müharibədən dərhal sonra cənab Əliyev və Ərdoğan bölgə ölkələrinə "Altılıq formatı"nı təklif etdilər. Bu əməkdaşlıq formatı bölgədə davamlı sülhün və sabitliyin bərqərar edilməsi baxımından çox önəmlidir. Düşünürəm ki, İranla bağlı məsələlər də qarşıdakı mərhələlərdə normallaşacaq. Türkiyə və Azərbaycan Zəngəzur dəhlizinin reallaşması üçün qəti addımlar atır. Sayın Ərdoğanın da dediyi kimi, "Gün gələcək Zəngəzur dəhlizindən İstanbula və ya əks istiqamətdə Pekinə qədər avtomobillə getmək mümkün olacaq". Əgər bölgədəki dövlətlər həqiqətən öz vətəndaşlarını və gələcəklərini düşünürlərsə, Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizinin açılması təklifinə "yox" deməyəcəklər.

- Keçmiş müsahibələrimizin birində İğdır-Naxçıvan dəmiryol xətti və İğdır-Naxçıvan təbii qaz kəməri layihələrindən bəhs etmişdiniz. Gələcəkdə bu layihələrin də Zəngəzur dəhlizi ilə bağlanması planlaşdırılırmı?

- Bəhs etdiyiniz dəmir yolu xətti Bakı-Tiflis-Qars dəmiryolu xəttinin Qars-İğdır-Naxçıvan qoludur. Təbii ki, yaxın gələcəkdə sözügedən dəmiryol xətti Zəngəzur dəhlizi ilə də bağlanacaq. Hazırda bu xəttin layihəsi hazırdır, qarşıdakı dövrdə tender elan ediləcək. Eyni zamanda İğdırdan Naxçıvana çəkiləcək təbii qaz kəmərinin də layihəsi hazırdır. Bütün bu layihələr həm də Zəngəzur dəhlizi ilə bağlı prosesə kompleks yanaşmanın məhsuludur. Sadaladığımız, bəhs etdiyimiz layihələr, görüləcək işlər əlbəttə, bölgənin gələcəyi üçün xüsusi önəm kəsb edir. Bütün bu məsələlərin reallaşmasında əsas faktor isə Türkiyə-Azərbaycan birliyidir.

Tarix
2021.10.28 / 09:07
Müəllif
Söhrab İsmayıl
Digər xəbərlər

Pezeşkian Moskvaya gedir: Rusiya ilə saziş imzalayacaq

Əlcəzair liderindən Əliyevə: Bu ağrılı sınaqdan...

Təyyarəmizi vuran "Pantsir-S" sistemi nədir, necə işləyir?

Məlikovdan Əliyevə: Sizinlə birlikdə kədərlənirik...

Təyyarə qəzası necə baş verib? - Nazir danışdı

Pilotlar təyyarəni dənizə niyə endirməyiblər? - Video

Ukrayna təyyarə qəzası ilə bağlı açıqlama yaydı

Təcili: AZAL təyyarəsi qəzaya düşən kimi Rusiya bu xəbəri sildi - Video

“Qara qutu"nun incələnməsinə başlanıldı

Xaricdəki Azərbaycan evlərində xatirə guşələri yaradıldı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla